Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili Gürcüstan hakimiyyətinin yürütdüyü siyasətə etiraz olaraq istefa verib.
Səfir bu barədə özünün "X" platformasındakı paylaşımında qeyd edib.
Onun sözlərinə görə, Gürcüstan iqtidarının fəaliyyəti ölkənin Avropaya inteqrasiyasına mane olur.
O, diplomatik xidməti boyunca ölkəsinin Avro-Atlantik inteqrasiyasında, müttəfiq ölkələrlə, xüsusilə də ABŞ ilə strateji tərəfdaşlığın yaradılmasında aktiv iştirak etdiyini qeyd edib.
"Bizim yorulmaq bilmədən göstərdiyimiz səylər boşa getməməlidir və təhlükə altına qoyulmamalıdır", - deyə Otar Berdzenişvili vurğulayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?