Tailanddan Rusiyanın Yekaterinburq şəhərinə uçuş həyata keçirən təyyarə içərisində partlayıcıya bənzər şübhəli qurğu olması ilə bağlı xəbərdarlıq səbəbindən eniş etdikdən sonra fövqəladə hallar mütəxəssisləri tərəfindən baxış keçirilib.
GundemXeber.Az xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı məlumat yayıb.
Naməlum şəxs təcili yardım xidmətinə müraciət edərək təyyarənin salonunda bombaya oxşayan, peycerə qoşulmuş qəribə bir obyekt tapıldığını bildirib. Bu məlumatdan sonra təhlükəsizlik qüvvələri, həkimlər və yanğınsöndürənlər Yekaterinburqdakı Koltsovo hava limanının eniş zolağına cəlb olunublar.
"Airbus A330" təyyarəsi təhlükəsiz şəkildə Koltsovo hava limanına enib. Təyyarədə 281 sərnişin və 10 ekipaj üzvü olub.
Əməliyyat tədbirləri nəticəsində təyyarədə təhlükəli əşya aşkar edilməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?