Yaponiya hökuməti İranın Qərbi Azərbaycan əyalətində yerləşən Urmiya gölünün bərpasına 4,5 milyon dollar məbləğində yardım ayırıb..
Məlumata görə, maliyyə yardımı Urmiya gölünün bərpası və ətraf yaşayış məntəqələrinin bataqlıqlardan mühafizəsinə xərclənəcək.
Bildirilib ki, layihə 2024-2028-ci illərdə BMT-nin Ətraf Mühit Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə əməkdaşlıq nəticəsində həyata keçiriləcək. Bu, iki ölkə arasında İranın bataqlıq ərazilərini, xüsusilə Urmiya gölünü qorumaq üçün ikinci əməkdaşlıq layihəsidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?