Uzun illər Rusiyada Putindən sonra ikinci ən populyar məmur sayılan keçmiş müdafiə naziri Sergey Şoyqu bütün nüfuzunu itirib. İndi o, ölkənin ən populyar siyasətçiləri siyahısında altıncı yerdədir.
Rusiyanın dövlətə yaxın “VTsIOM” mərkəzinin sorğusu bunu göstərir.
Hazırda Şoyqunun etibar reytinqi 1,8% təşkil edir. Ənənəvi olaraq ilk yerləri Putin (35,5%), Mişustin (14,1%) və Lavrov (12,5%) tutur. Qalan siyasətçilər ilk üçlükdən ciddi şəkildə geri qalırlar. Dördüncü yeri Züqanov (3,5%), beşinci yeri Volodin (2,4%) tutub.
1000 günlük müharibə zamanı Şoyqu bütün seçki potensialını itirib. Halbuki Ukrayna ilə savaşın başlanğıcında respondentlərin 21%-i onu dəstəkləyirdi. Rusiyanın cəbhədəki uğursuzluqları fonunda ona inam azalmağa başladı və Priqojinin üsyanından sonra Şoyqunun reytinqi 6,9%-ə düşüb.
Sergey Şoyqunun reytinqinin düşüşü müdafiə naziri vəzifəsindən azad edildikdən sonra da dayanmayıb. Təhlükəsizlik Şurasında hətta intensiv piar da Şoyquya kömək etmir.
Məlumata görə, noyabrın əvvəlindən Təhlükəsizlik Şurasının mətbuat xidməti Sergey Şoyqu haqqında 9 xəbər dərc edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?