Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) parlament qarşısında keçirilən aksiya zamanı baş verən zorakılıq halları ilə bağlı açıqlama yayıb.
Nazirlik bəyan edib ki, Rustaveli prospektində təşkil edilən aksiya toplantılar və nümayişlər haqqında qanunun tələblərini pozub.
“Aksiya zamanı müəyyən qrupların zorakılıq törətdiyi qeydə alınıb. Xüsusilə, aqressiv qrup üzvləri hüquq-mühafizə orqanlarına müxtəlif əşyalar, daşlar, şüşə butulkalar və pirotexniki vasitələr atıblar”, – açıqlamada qeyd olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?