2023-cü ildə ABŞ-yə qeyri-qanuni miqrasiyadan dəyən zərər 150,7 milyard dollara çatıb.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə amerikalı milyarder, prezident Donald Trampın administrasiyasında mühüm vəzifə tutması gözlənilən İlon Maskın ofisi X sosial şəbəkəsində bildirib.
O, həmçinin müqayisə edərək bildirib ki, inflyasiyaya uyğun olaraq, I dünya müharibəsi 334 milyard dollara, “Apollon” kosmik proqramı isə 257 milyard dollara başa gəlib.
Panama kanalının tikintisinə cəmi 15,2 milyard dollar xərcləndiyini yazan ofis diqqəti qeyri-qanuni miqrantların ABŞ-yə necə ziyan vurduqlarını cəmləməyə çalışıb.
Sorğu
Yeni dizaynımız necədir?