“İsrail Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı sazişlərin bağlanmasına ciddi yanaşır, bu, yaxın gələcəkdə baş verə bilər”.
Məlumata görə, bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.
“İndi yəqin ki, girovların azad edilməsi ilə bağlı müqavilə bağlamaq mümkündür. İsrail hökuməti bu məqsədə çatmaqda ciddidir”, - nazir bildirib.
Nazir Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və Avropa İttifaqından bu məsələdə dəstək istəyib.
Sorğu
Yeni dizaynımız necədir?