Nikol Paşinyan başda olmaqla indiki hakimiyyət Ermənistanın varlığına təhlükədir. GundemXeber.Az xarici mediaya istinadən xəbər verir ki, bunu yerli parlamentdə “Ermənistan” fraksiyası adından deputat Levon Köçəryan deyib.
Levon Köçəryan, Ermənistanın keçmiş prezidenti, Qarabağ canisi Robert Köçəryanın oğludur.
“İki gün əvvəl bu tribunadan Nikol Paşinyanın ağzından daha bir yalan eşidildi. Bu platforma bütün bunlara tab gətirə bilər, amma ölkə artıq xəyanətə tab gətirə bilmir. Bu hakimiyyət nəinki keçmişi saxtalaşdırır, bununla da öz uğursuzluqlarını ‘əsaslandırmağa’ çalışır, həm də gələcək haqqında yeni fəlakətlərlə dolu müəyyən konsepsiya təklif edir. Ermənistanın varlığını təhdid edən Nikol Paşinyan başda olmaqla bu hakimiyyətdir”, - deyə Köçəryan Paşinyana ağır ifadələr ünvanlayıb.
Sorğu
Yeni dizaynımız necədir?