Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun oğlu və sabiq deputat Aleksey Poroşenko hərbi xidmətə çağırış vərəqəsinə əməl etmədiyi üçün axtarışa verilib.
Gundemxeber.az xəbər verir ki, bu barədə Ukraynanın "Telegram" kanalları Ukrayna Silahlı Qüvvələrinin nümayəndələrinə istinadən məlumat yayıb.
İki çağırışa məhəl qoymayıb
Məlumata görə, 39 yaşlı Aleksey Poroşenko 2023-cü ilin sentyabrın 4-də və oktyabrın 21-də hərbi xidmətə çağırılıb. Lakin o, hər iki çağırışa məhəl qoymayıb və Ərazi Çağırış Mərkəzinə (ƏÇM) gəlməyib. Poroşenko ehtiyatda olan leytenant rütbəsinə malikdir və xidmətə çağırılmağa tam hüquqi əsaslarla borclu idi.
Londonda yaşayır
Ukrayna mətbuatının məlumatına görə, Aleksey Poroşenko hazırda həyat yoldaşı, qızı və oğlu ilə birlikdə London və Sinqapurda yaşayır. O, Ukraynada atasının onun adına keçirdiyi ailə biznesini uzaqdan idarə edir. Bu fakt, onun çağırışlara məhəl qoymaması ilə əlaqədar cəmiyyətdə narazılıq yaradıb.
İddialar və tənqidlər
2014-cü ildə Ukraynada baş verən hərbi toqquşmalar zamanı Aleksey Poroşenkonun könüllü səfərbər olduğu və minaatan ekipajının komandiri kimi xidmət etdiyi bildirilirdi. Lakin sonradan mətbuatda onun döyüş əməliyyatlarında iştirak etmədiyi barədə məlumatlar yayılıb. Bu, Poroşenko ailəsinə qarşı əlavə tənqidlərə səbəb olub.
Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri, Aleksey Poroşenkonun hərbi çağırışlara əməl etməməsini ciddi şəkildə araşdırdığını və onun axtarışda olduğunu təsdiqləyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?