SpaceX-in qurucusu İlon Mask ABŞ-da prezident seçkiləri zamanı Donald Trampın Ağ Evə qayıtmasına kömək etmək üçün ən azı 260 milyon dollar xərcləyib.
Gundemxeber.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Federal Seçki Komissiyasının sənədlərinə əsaslanaraq CNN telekanalı məlumat yayıb. Məqalədə qeyd olunur ki, SpaceX-in qurucusu prezident kampaniyasının ən böyük siyasi sponsorlarından biri olub və bu ilin seçkilərinin nəticəsinə böyük təsir göstərib.
ABŞ-nin seçilmiş prezidenti D.Tramp daha əvvəl elan edib ki, Mask və iş adamı Vivek Ramasvami hökumətin səmərəliliyinin artırılması və bürokratiyaya qarşı mübarizə aparacaq yeni quruma rəhbərlik edəcəklər. Tramp qeyd edib ki, yeni qurum geniş miqyaslı struktur islahatı aparmaq məqsədilə Ağ Ev və onun İnzibati Büdcə İdarəsi ilə əməkdaşlıq edəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?