"ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın rəhbərlik etdiyi Konqres və Ədliyyə Nazirliyinin yeni tərkibi hazırkı dövlət başçısı Co Bayden və onun oğlu Hanter Baydenin mümkün hüquq pozuntuları ilə bağlı təhqiqata başlamalıdırlar".
GundemXeber.Az-ın xəbərinə görə, bu barədə "The American Thinker" nəşrinin dərc etdiyi materialda bildirilir.
"Yeni Konqres və Ədliyyə Departamentinin yeni rəhbərliyi təzyiqləri davam etdirməli və bu korrupsiya şəbəkəsinin bütün iştirakçılarının cinayətlərini tam şəkildə araşdırmalıdırlar", - deyə nəşr yazıb.
Materialda vurğulanır ki, ABŞ Prezidenti Co Baydenin istefa verən administrasiyasının hətta yüksəkvəzifəli məmurları belə potensial cinayət məsuliyyətindən yayınmamalıdırlar. Bundan əlavə, məqalədə hazırkı prezidentin özünün də ittiham oluna biləcəyi istisna edilmir.
Qeyd olunur ki, Baydenin oğlu Hanteri əfv etmək qərarı dövlət başçısının cinayətlərini gizlətmək istəyini əks etdirir.
Xatırladaq ki, daha əvvəl Ağ Evin mətbuat katibi Karin Jan-Pyer demişdi ki, Bayden oğlu Hanter Baydenin əfv olunması ilə əlaqədar Donald Tramp administrasiyasının qisas almasından ehtiyatlanırdı. Onun sözlərinə görə, Trampın mənsub olduğu Respublikaçılar Partiyasının nümayəndələri hökm oxunmazdan əvvəl Hanter Baydeni hədələyiblər.
Qeyd edək ki, dekabrın 1-də Co Bayden daha əvvəl qanunsuz silah saxlamaqda və vergi qanunlarını pozmaqda ittiham olunan oğlunun əfv edilməsi haqqında fərman imzalayıb. ABŞ lideri öz çıxışında vurğulayıb ki, prezidentlik müddətinin əvvəlindən o, Ədliyyə Nazirliyinin işinə qarışmayıb, lakin oğlunun mühakimə olunmasını seçmə və siyasi motivli hesab edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?