Kanada parlamentinin İcmalar Palatası Baş nazir Castin Trüdonun hökumətinə etimadsızlıq səsverməsinin keçirilməsi təşəbbüsünü dəstəkləməyib.
GundemXeber.Az xarici KİV-ə istinadən xəbər verir ki, təşəbbüsü İcmalar Palatasının 152 üzvü dəstəkləyib, 180-i isə əleyhinə çıxıb.
Qeyd edək ki, "Ipsos" şirkətinin keçirdiyi sorğuya əsasən, ölkə sakinlərinin üçdəikisindən çoxu Kanadanın Baş naziri Castin Trüdonun istefasını istəyir. Kanadada növbəti parlament seçkisi 2025-ci ilin oktyabrına təyin edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?