Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) baş nazirlərinin iclasları dekabrın 12-13-də Moskvada keçiriləcək.
GundemXeber.Az-ın məlumatına görə, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
"2024-cü il dekabrın 12-13-də Moskvada Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustin Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının və Avrasiya Hökumətlərarası Şurasının iclaslarında iştirak edəcək", - məlumatda qeyd olunur.
MDB baş nazirlərinin görüşü Rusiyanın sədrliyi ilə keçiriləcək. Gündəlikdə birlik məkanında ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri var.
"Avrasiya Hökumətlərarası Şurasının iclasında Avrasiya iqtisadi inteqrasiyasının daha da dərinləşdirilməsi məsələləri müzakirə olunacaq. Energetika, sənaye sahəsində əməkdaşlığın genişləndirilməsinə, elektron ticarətin inkişafına xüsusi diqqət yetiriləcək", - Rusiya hökumətindən bildirilib.
Xatırladaq ki, Aİİ-ə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Onlar eyni zamanda MDB-nin üzvləridir. MDB-nin tərkibində hazırda doqquz ölkə var - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?