Ermənistanın Korrupsiyaya Qarşı Cinayət Məhkəməsi keçmiş fövqəladə hallar naziri, Qarabağ canisi, “Milli Qəhrəman” adı almış Andranik Piloyanın işi üzrə hökmü dərc edib.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, külli miqdarda rüşvət almaqda, habelə qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib.
Piloyanla bağlı 4 il 5 aylıq cəza müəyyən edilib.
Andranik Piloyan 3 il müddətinə müəyyən dövlət qulluğu tutma hüququndan məhrum edilib, əlavə olaraq 1 milyon 300 min dram məbləğində cərimə də tətbiq olunub
Sorğu
Yeni dizaynımız necədir?