ABŞ Ukraynanın kənd təsərrüfatı sektorunu dəstəkləmək üçün 74,7 milyon dollar, ölkənin nəqliyyat infrastrukturunu bərpa etmək üçün isə 223 milyon dollar ayırmaq qərarına gəlib.
GundemXeber.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin idarəetmə və resurslarla bağlı məsələlərə nəzarət edən birinci müavini Riçard Verma məlumat açıqlayıb.
Onun sözlərinə görə, qərar Konqres tərəfindən tam dəstək alıb. Verma bildirib ki, kənd təsərrüfatı Ukraynanın əsas ixrac imkanlarından biridir və onun ayaqda qalması, daha da inkişaf etməsi əsas prioritetlərdən biridir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?