“Rosqvardiya”nın başçısı, ordu generalı Viktor Zolotova “Rusiya Qəhrəmanı” adı verilib.
Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov öz “teleqram” kanalında məlumat yayıb. Kadırov paylaşımında onun dostu kimi tanınan və onunla eyni hakimiyyətdaxili qruplaşmada təmsil olunduğu deyilən Zolotovu tərifləyib: “Dostum, müəllimim və dəyərli böyük qardaşım, Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Baş Komandanı, general Viktor Vasilyeviç Zolotovu “Rusiya Qəhrəmanı” ali rütbəsi alması münasibətilə təbrik edirəm”.
Çeçenistan rəhbəri qeyd edib ki, Zolotov guya Ukraynada “xüsusi hərbi əməliyyat”da “cəsarət nümayiş etdirir”: “Hərbi general belə olmalıdır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?