Gundemxeber.az » Dünya » Moldovada Rusiyaya görə FÖVQƏLADƏ VƏZİYYƏT elan olundu
Moldova Parlamenti Rusiyadan qaz tədarükünün kəsilmə riski ilə əlaqədar olaraq energetika sahəsində fövqəladə vəziyyət elan edib.
Bu barədə "NewsMaker" məlumat yayıb.
Nəşr yazır ki, Moldovaya qaz tədarükü çox güman ki, 2025-ci il yanvarın 1-də - Ukrayna və Rusiya arasında qaz tranziti ilə bağlı sazişin başa çatması ilə tamamilə dayanacaq. Əvvəllər Kiyev bu müqavilənin uzadılmasını planlaşdırmadığını açıqlayıb.
Fövqəladə vəziyyət 16 dekabrdan qüvvəyə minəcək və ilkin olaraq 60 gün davam edəcək.
Qeyd edək ki, Moldova ilə "Qazprom" arasında 2026-cı ilə qədər qüvvədə olan müqavilə və alternativ tədarük marşrutu – Türkiyədən keçən Transbalkan qaz kəməri mövcuddur.
Lakin 16 dekabr "Qazprom"un Moldova üçün bu qaz kəmərində imkanları rezerv etməsi üçün son tarixdir, eyni zamanda Moldovanın 709 milyon dollar borcu var.
GUNDEMXEBER.AZ
17-03-2021, 14:33
11-07-2020, 16:06
22-11-2015, 14:03
2-07-2015, 18:50
20-10-2015, 13:25
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?