Gundemxeber.az » Dünya » Sepah Qəzvində milli təhlükəsizliyə qarşı fəaliyyət göstərən qruplaşma üzvlərini saxladığını deyir
İranın İslam İnqilabı Qvardiyası (Sepah) Qəzvin vilayətində “milli təhlükəsizliyə qarşı fəaliyyət göstərən bir şəbəkəni aşkar və məhv etdiyinə” dair açıqlama yayımlayıb.
İranın xəbər agentlikləri bu barədə Sepahın yaydığı açıqlamalara istinadən məlumat yayıblar.
“İmam Zamanın adsız əsgərləri ziddi-inqilab və müxalif cərəyanlara bağlı bir şəbəkəni aşkar və məhv ediblər. Bu şəbəkə qruplaşmalar təşkil edərək milli təhlükəsizliyə qarşı yıxıcı fəaliyyətlər göstərirdi,” yarı-rəsmi Mehr agentliyi bildirib.
“İmam Zamanın adsız əsgərləri” İranda rəsmilər və media tərəfindən təhlükəsizlik və kəşfiyyat qüvvələri üçün istifadə edilən bir ifadədir.
Sepahın açıqlamasında deyilib ki, sözügedən “şəbəkə” İran İslam Respublikası nizamına qarşı yalan xəbərlər yayırdı.
Açıqlamada “şəbəkənin” səltənətçi (şahçı) qruplara bağlı olduğu irəli sürülüb.
Mehr agentliyi Sepaha məxsus kəşfiyyat qüvvələrinin yürütdüyü əməliyyatda saxlanılan şəxslərin məhkəmə orqanlarına təslim edildiyini bildirib. Tutulanların sayı və kimliyi ilə bağlı məlumat yayılmayıb.
GUNDEMXEBER.AZ
24-11-2022, 08:59
15-06-2020, 15:35
1-09-2014, 13:19
15-09-2020, 16:25
30-10-2015, 23:16
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?