Suriyanın devrilmiş lideri Bəşər Əsədin qayınanası və qayınatası Böyük Britaniyanı tərk edib.
Cütlüyün Əsəd cütlüyünə dəstək olmaq üçün Rusiyaya uçduğu ehtimal olunur. Qeyd edək ki, tanınmış kardioloq Fəvaz Əhras və təqaüdçü diplomat Səher Əhras 2000-ci ildə Londonda oxuyarkən devrilmiş Suriya diktatoru ilə evlənən Əsma Əsədin valideynləridir. Onlar Esmanı böyütdükləri Qərbi Londonun Şimali Akton bölgəsində dəbli və təvazökar bir evdə yaşayırlar. Şimali Akton bölgəsi zəngin suriyalıların yaşadığı bölgə kimi tanınır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?