Ermənistanın baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyi (MDB) rəhbərlərinin qeyri-rəsmi sammitində iştirak etməyəcək.
Gundemxeber.az xarici KİV-ə istinadən bildirir ki, Paşinyan COVID-19 virusuna yoluxduğunu deyib.
Məlum olub ki, Ermənistanın baş naziri test müsbət çıxdığından iki gün iqamətgahında təcrid olunmuş vəziyyətdə işləyib. Bu gün isə test nəticəsi mənfi olub və normal işinə qayıdır. Bununla belə, Paşinyan həmkarları ilə məsləhətləşib və MDB dövlət başçılarının bu gün Sankt-Peterburqda baş tutacaq qeyri-rəsmi sammitində iştirak etməməyə qərar verib.
Paşinyan sosial şəbəkədəki hesabında yazıb ki, Avrasiya İqtisadi Birliyinin Ali İqtisadi Şurasının sabahkı iclasında iştirak edib-etməmək barədə qərarı isə gün sonunadək qəbul edəcək.
Xatırladaq ki, MDB dövlət başçılarının qeyri-rəsmi sammiti hər il Rusiyanın Sankt-Peterburq şəhərində dekabrın 25-26-da keçirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?