Polşa 2025-ci ildə Avropa İttifaqı (Aİ) Şurasında sədrliyi dövründə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və Cənubi Qafqaz regionunun sabitləşdirilməsi səylərinə dəstək verəcəyini vəd edib.
“Polşa sədrliyi Ermənistan və Azərbaycan arasında münasibətləri normallaşdırmağa və Cənubi Qafqaz regionunda vəziyyəti sabitləşdirməyə çalışacaq ki, bu da [regionun] Aİ ilə əməkdaşlığının inkişafına imkan yaradacaq”, Polşa sədrliyinin proqramında qeyd olunur.
Polşa həmçinin gürcü xalqının Aİ-yə üzvlük istəklərini dəstəkləyəcəyini, Aİ Şərq Tərəfdaşlığı proqramının yenilənməsi və canlandırılması üçün danışıqlara təkan verəcəyini qeyd edib.
Aİ Şurasına sədrlik rotasiya yolu ilə 6 aydan bir dəyişir. Polşa yanvarın 1-dən etibarən sədrliyi Macarıstandan təhvil alıb.
Yanvarın 5-də Polşanın xarici işlər naziri Radoslav Şikorski və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, nazirlər Polşanın növbəti altı ay ərzində Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi zamanı prioritet məsələlər, bu çərçivədə Azərbaycan-Aİ münasibətləri, Şərq Tərəfdaşlığının gələcək perspektivləri barədə ətraflı müzakirə aparıblar./amerikaninsesi.org/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?