GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Tehran PKK iş birliyi və ya Türkiyə mediasında Güney Azərbaycan məsələsi...

Tehran PKK iş birliyi və ya Türkiyə mediasında Güney Azərbaycan məsələsi...

Tarix: 15-01-2025, 16:32 Bölmə :Dünya Baxış: 112


Trampa qarşı İran və Rusiya ittifaqı


Yanvar ayında İran prezidenti Masud Pezeşkianın Moskvaya səfəri gözlənilir. Bu səfər çərçivəsində İran və Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanması nəzərdə tutulur. Yeni Strateji Əməkdaşlıq Sazişinin 47 maddədən ibarət olacağı və əsasən də müdafiə və təhlükəsizlik sahələrini ehtiva edəcəyi barədə məlumatlar dolaşır. 

Əslində belə bir sənədin imzalanmasına  Rusiya çoxdan can atırdı. Ötən ilin 19 iyununda Şimali Koreyaya səfər edən Putin burada iki ölkə arasında hərbi strateji əməkdaşlığa dair saziş imzalayandan sonra Rusiya XİN sözçüsü tezliklə İranla da belə bir sənəd imzalanacağını bildirmişdi. Lakin o zaman Məsud Pezeşkianın prezident kimi fəaliyyətə başlaması ilə bu proses məqsədli olaraq təxirə salındı. Həmin dövrdə Pezeşkian bir neçə dəfə Rusiya ilə aralarına məsafə qoyamaq istədiklərini və Qərblə dialoqu bərpa edib nüvə sazişinə geri dönmək istədiklərini bildirmişdi.


Lakin Qəzza, Livan və Suriya xəttində İranın dəstəklədiyi "müqavimət cəbhəsinin" çöküşü və Trampın yenidən prezident seçilməsi, Tehranın yeni açılım planlarını ciddi şəkildə pozmuş oldu. Trampın prezidentliyi İrana hərbi zərbə vurmaq üçün fürsət və razılıq gözləyən İsrailin önünü açdığı və eyni zamanda da Qərbin hər hansı güzəşt əsasında Tehranla anlaşma imkanlarını ortadan qaldırmış görünür. Bu arada “The Wall Street Journal”  yazıb ki, Tramp   nüvə silahı yaratmasının qarşısını almaq üçün İrana zərbə vurmaq niyyətindədir.  

Belə görünür ki, İran dərin dövləti Pezeşkianın gəlişi ilə planlaşdırdığı məsələlər alınmadığı və regiondakı ənənəvi güc tarazlığı dəyişdiyi üçün   yenidən əvvəlki aqressiv kursu davam etdirmək yolunu tutub.

Ona görə də Tehran Rusiya ilə təxirə saldığı  Strateji Əməkdaşlıq Sazişini deyilən vaxtda  imzalamaqla Tramp dönəmində onu gözləyən təhlükəyə qarşı hazırlaşmağa çalışır. Ancaq Ukrayna bataqlığında özü qeyri müəyyənlik içində qalan Rusiya bu işdə İrana yardım edə biləcəkmi? Bu suala cavab vermək üçün xatırladaq ki, əgər Moskvanın belə bir gücü olsaydı, ilk növbədə elə Suriyada Bəşər Əsəd rejimini qoruyardı. 

Onu da qeyd edək ki, Suriyada Əsəd rejiminin çöküşündən sonra Türkiyə ilə İran arasında münasibətlər də get gedə gərginləşir. Məhzəbçilik üzərindən xarici siyasət quran İran rəhbərliyi Türkiyəni birbaşa və dolayı şəkildə sionizmlə işbirliyində ittiham edir və yenidən Suriyanı qarışdırmaq planları qarşısında Ankaranı əsas maneə kimi görür. Hətta bir müddət öncə İran dini lideri Xamneyi Suriyalı şiə gənclərə çağırış edərək onları yeni hakimiyyətə qarşı qiyama çağırmasından sonra ölkənin bəzi bölgələrində iğtişaşlar baş qaldırmışdı. Bu iğtişaşların yayılmasının və dərinləşməsinin qarşını almaqda  Türkiyənin yeni hakimiyyətə dəstəyi önəmli rol oynadı.

İki gün öncə isə SEPAH Qüds qüvvələri komandiri İsmayıl Qaani Süleymaniyyədə  Bafel Talabani vasitəçiliyi ilə PKK rəhbərliyi və PYD komandiri Məzlum Abdi ilə görüşərək gələcək birgə planları müzakirə edib. Proseslər onu göstərir ki, İran qarşıdakı mərhələdə Suriyadan İraqın Sincar bölgəsinə teansferi müzakirə edilən silahlı PYD ünsürləri ilə nəzarətində olan "Həşdi Şabi" arasında bir ittifaq qurmağa çalışır. Kürd terrorçuları ilə bu işbirliyinin hədəfinin Türkiyə və onun müttəfiqləri  olması şübhə doğurmur və bu üzdən Türkiyə artıq öz narahatlıqlarını bildirməkdədir.  Hec də təsadüfi deyil ki, son günlər Türkiyə mediasında 40 milyon Güney Azərbaycan türklərinin haqları və İranın bölünməsi perspektivləri sıx-sıx müzakirə olunmaqdadır.  Bu kontekstdən Türkiyə artıq İrandakı milli çoxluq sayılan Güney Azərbaycan türklərinə beynəlxalq güclərin İranla bağlı planlarında onun sahədəki maraqlarını təmsil edəcək güc kimi baxır. Şimali Azərbaycanda isə bir çoxları hələ də bu məsələnin əhəmiyyətini anlamış deyillər.


P.S. Əslində isə Güney Azərbaycan məsələsi bu gün regionda gedən geosiyasi proseslər perspektivindən baxılmalı olan bir strateji məsələdir.


Fuad Qəhrəmanlı

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran-Azərbaycan münasibətləri gərgin Türkiyə-Rusiya-İran üçbucağında nələr vəd edir?

    İran-Azərbaycan münasibətləri gərgin ...

    24-02-2016, 16:38

  • 
  • Əbiyevin ABŞ-da məxfi İran danışıqları

    Əbiyevin ABŞ-da məxfi İran danışıqları ...

    6-08-2013, 11:30

  • 
  • Həsən Ruhani yaxın aylarda Bakıya səfər edəcək

    Həsən Ruhani yaxın aylarda Bakıya səfər edəcək ...

    27-04-2016, 11:38

  • 
  • Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək

    Türkiyə, Rusiya və İran prezidentlərinin ...

    30-01-2019, 11:49

  • 
  • Şahin Mustafayev: "Azərbaycan və Rusiyanın əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsindədir"

    Şahin Mustafayev: "Azərbaycan və Rusiyanın ...

    27-09-2018, 12:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (461)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu