GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » TRAMPIN PUÇ ÇIXAN “24 SAAT” VƏDİ... - Müharibənin tezliklə bitməsi ABŞ-nin maraqlarına uyğundurmu?

TRAMPIN PUÇ ÇIXAN “24 SAAT” VƏDİ... - Müharibənin tezliklə bitməsi ABŞ-nin maraqlarına uyğundurmu?

Tarix: 16-01-2025, 23:09 Bölmə :Dünya Baxış: 231

Hələ ABŞ-dəki prezident seçkisindən əvvəl Ukraynadakı münaqişəni 24 saata bitirəcəyinə vəd verən Donald Trampın bu açıqlamaları əksər ciddi ekspertlər tərəfindən qeyri-ciddi qarşılanırdı. Hadisələrin gedişi onların haqlı olduğunu göstərir…

Tramp müharibəni hətta Ağ Evə qədəm qoymamış dayandıracağını vəd etmişdi. Lakin onun seçildiyi məlum olandan sonra bu vəd bir növ ikinci plana keçdi. Daha sonra bu məsələnin onun rəsmən öz vəzifəsinin icrasına başlamasından dərhal sonra gündəmə gətiriləcəyi bildirildi. İndi isə bu perspektiv də sual altına alınıb və Trampın özünün, eləcə də köməkçilərinin dediklərindən belə çıxır ki, nəinki münaqişənin dayandırılması, hətta Kremllə birbaşa danışıqların başlanması belə yaxşı halda, yalnız qarşıdakı 6 ay müddətində mümkün ola bilər. Yəni, məsələ uzandıqca uzanır…

Trampın həmin vədinə ən məntqili cavabı elə Ukrayna Prezidenti Volodimir Zelenski hələ seçkidən əvvəl vermişdi. Zelenski xatırlatmışdı ki, Rusiya-Ukrayna münaqişəsi hələ Trampın birinci prezidentliyi dövründə də mövcud idi. Krım işğal altında idi, Donbasda Rusiya işğalı indiki qədər olmasa da davam edirdi və s. Lakin Tramp bu məsələdə hər hansı ciddi addım atmamışdı və əksinə, bu işğalın başında dayanan Putinlə yaxşı münasibətlərə malik idi…

Qərb mətbuatı isə Tramp administrasiyasının və onun özünün Ukrayna münaqişəsinin həlli ilə bağlı planlarının dəyişdiyini iddia edir. Məsələn, Britaniyanın “Financial Times” nəşrinin yazdığına görə, Donald Tramp administrasiyası Ukraynadakı müharibəni 24 saat ərzində bitirmək planlarından artıq ümumiyətlə danışmır. Nəşrin Trampa yaxın mənbələri bunu onunla izah edir ki, yeni prezidentin komandası “güclü görünmək” istəyir və buna görə də Rusiya-Ukrayna müharibəsinə yanaşmasını yenidən nəzərdən keçirmək məcburiyyətindədir.

Bu o deməkdir ki, yeni administrasiya Ukraynanın daha güclü mövqedə olmasında və bu yolla Putinlə danışıqlarda Trampın əlinin güclü olmasında maraqlıdır. Əks təqdirdə, Putinə edilən güzəştlər Trampı zəif göstrərə bilər. Məqalədə iddia olunur ki, indi Tramp Kiyevə ilk növbədə avropalı müttəfiqləri vasitəsilə dəstəyi davam etdirməyi, hətta bunu gücləndirməyi müzakirə edir.

Bundan əvvəl Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq demişdi ki, Tramp mümkün qədər tez sülhü bərqərar etməyə çalışsa da, nizamlanma məsələsində Moskvaya güzəştə getmək niyyətində deyil. Çünki o, “Ukraynanı və onun suverenliyini xilas etmək istəyir”.

Qərb mətbuatı və ekspertlər iddia edirlər ki, Tramp Moskva ilə qarşıdakı danışıqlarda Kiyevin mövqeyini gücləndirmək qərarına gələrək, seçkiqabağı “24 saat” vədindən əl çəkib. Avropa mənbələri də yeni ABŞ Prezidentinin Ukraynaya kömək etməkdən imtina etməyəcəyinə əminlik ifadə ediblər. Bütün bunlar inandırıcıdır və ümumilikdə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, ABŞ-nin Rusiya-Ukrayna siyasətinin mahiyyətinə uyğun görünür. Bununla da, bir daha məlum olur ki, ABŞ öz maraqlarından çıxış edir və bu maraqlar heç də müharibənin tezliklə başa çatmasını özündə ehtiva etməyə bilər…
Trampın son mətbuat konfransındakı açıqlamaları da bunu sübut edir. O, münaqişəni artıq 24 saat deyil, 6 ay ərzində həll edəcəyini deyib və yenə köhnə fikrini təkrarlayaraq qeyd edib ki, guya prezident Bayden yox, o özü olsaydı, bu müharibə ümumiyyətlə olmayacaqdı. O əlavə edib ki, uzun illərdir Ukraynanın NATO-ya üzvlüyünün qəbuledilməz olduğunu təkid edən Moskvanın mövqeyini başa düşür.

Tramp xatırladıb ki, hələ Vladimir Putinin prezidentliyindən əvvəl də Rusiya Kiyevin NATO-ya üzvlüyünün əleyhinə olduğunu bəyan etmişdi. Bununla da Tramp Moskvaya edilə biləcək güzəştin sərhədini göstərib – Ukraynanın NATO-ya üzvlüyünün istisna olunması. Hansı ki, zatən nə 2022-ci ilin 24 fevralına qədər, nə də ondan sonra Kiyevin NATO-ya üzvlüyü heç zaman real görünməyib. NATO ölkələrinin bir neçəsi bunun əleyhinə olub və indi də əleyhinədir. Ukrayna ordusunun NATO standartlarına çatdırılması və digər texniki, eləcə də siyasi, bürokratik məsələlərin həlli onsuz da yaxın 10 il ərzində mümkünsüz görünür. Bu baxımdan ABŞ-nin Ukraynanın NATO üzvlüyü məsələsində güzəştə getməsi ümumiyyətlə, real ciddi güzəşt sayıla bilməz. Lakin belə görünür ki, Kremllə gələcək danışıqlarda bu “güzəşt” Moskvaya baha qiymətə satılacaq.

Putinə gəlincə isə, yaxşı məlumdur ki, Ukraynanın NATO üzvlüyü məsələsi sadəcə, Kiyevdəki hakimiyyəti nəzarətə götürmək üçün bəhanə olub. Lakin Moskvanın planları özünü doğrultmadı, “3 günə Kiyevi almaq” mümkün olmadı və 3-cü ilin tamamında Rusiya hələ də Donbasın çöllərində, bataqlıqlarında ilişib qalıb. Əvəzində Ukrayna NATO-dakı əksər ölkələrin ordusundan daha güclü orduya malikdir, NATO isə Finlandiya və İsveçin timsalında Rusiya sərhədlərinə daha da yaxınlaşıb, Avropadakı NATO dövlətləri ordularını gücləndirməyə başlayıb və sair.

Yəni, Kreml özü də bunu bilə-bilə Ukraynanın NATO üzvlüyünə qoyulacaq vetonu baha qiymətə alacaq və bunu öz auditoriyasına böyük qələbə kimi təqdim edəcək. ABŞ isə bundan heç nə itirməyəcək, əvəzində Rusiyadan istədiklərini alacaq…

Ümumiyyətlə, Trampın “24 saat” vədinin yalnız seçki öncəsi ABŞ-nin daxili auditoriyasına hesablanmış ritorik vəd olduğu məlum idi. İndi ABŞ seçicisini Ukrayna yox, ölkə daxilinə aid verilmiş vədlər maraqlandırır. Dünya siyasəti isə göründüyü kimi, sözünün çəkisi olmayan, yarı-ciddi liderlərin ritorik açıqlamalarının ümidinə qalıb. Bu, bir daha göstərir ki, ölkəmiz başda olmaqla, iqtisadi, hərbi, siyasi cəhətdən güclü olmağı bacarmaq, xarici dəstəyə ümid bağlamamaq lazımdır.../“AzPolitika.info”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Trampın “yeni İran strategiyası” nə vəd edir?

    Trampın “yeni İran strategiyası” nə vəd edir? ...

    10-12-2017, 18:53

  • 
  • Donald Trampın reytinqi hakimiyyəti dövründə ən yüksək səviyyəyə qalxıb - 44%

    Donald Trampın reytinqi hakimiyyəti dövründə ən ...

    8-07-2019, 20:12

  • 
  • Mahmud Abbas Donald Trampın telefonla danışmaq təklifini rədd edib

    Mahmud Abbas Donald Trampın telefonla danışmaq ...

    27-01-2020, 11:30

  • 
  • Amerikalılar Trampın “Türkiyə” tvitini LAĞA QOYDU

    Amerikalılar Trampın “Türkiyə” tvitini LAĞA QOYDU ...

    18-04-2018, 15:22

  • 
  • TRAMPIN TVİTLƏRİ OLAN TUALET KAĞIZI SATIŞA ÇIXARILIB

    TRAMPIN TVİTLƏRİ OLAN TUALET KAĞIZI SATIŞA ...

    5-08-2017, 14:49


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu