Gundemxeber.az » Dünya » Ağ Ev federal qrantlar və digər yardım proqramlarını dayandırır
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, sənədə əsasən, Tramp administrasiyası İdarəetmə və Büdcə Ofisində qrant, kredit və digər maliyyə yardımı proqramlarını müvəqqəti olaraq dayandırıb və bu, Konqresdəki Demokratların tənqidinə səbəb olub.
Sənəddə prezident Donald Trampın keçən həftə vəzifəyə gəldikdən sonra imzaladığı icra sərəncamları, o cümlədən müxtəliflik, bərabərlik və inklüzivliklə (DEI-diversity, equity and inclusion) bağlı proqramların ləğvinə yönəlmiş sərəncamlara istinad edilib.
Sənədə əsasən, proqramların dayandırılması yanvarın 28-I Vaşinqton vaxtı ilə saat 17:00-da qüvvəyə minir.
Konqresdə büdcə komitəsində nüfuzlu Demokrat qanunvericilər büdcə idarətemə ofisinin qərarını ləğv etməsini tələb edən məktub göndərərək, memorandumla bağlı xəbərlərə cavab veriblər.
Sənəddə deyilir ki, agentliklər fevralın 10-dək fasilə veriləcək hər hansı proqram, layihə və ya fəaliyyətlə bağlı ətraflı məlumat təqdim etməlidirlər.
Əlavə olaraq qeyd edilib ki, fasilə administrasiyaya agentlik proqramlarını nəzərdən keçirmək, qanuna və Trampın prioritetlərinə uyğun gələn proqramlar üçün maliyyədən ən yaxşı istifadəni müəyyən etmək üçün vaxt verəcək.
Həmçinin qeyd edilir ki, agentliklər təhlili başa çatdırmazdan əvvəl qanunla nəzərdə tutulmuş hərəkətləri və ya yardım proqramları üçün son tarixləri müəyyən etməlidirlər.
GUNDEMXEBER.AZ
26-01-2019, 11:08
20-01-2018, 20:05
31-10-2015, 22:36
6-05-2019, 15:47
19-01-2018, 19:41
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?