İlon Maskın rəhbərlik etdiyi ABŞ-nin Hökumət Səmərəliliyi İdarəsinə (DOGE) ölkənin bütün büdcə ödənişlərinin həyata keçirildiyi federal ödəniş sisteminə giriş verilib. Bu imtiyaz ABŞ Maliyyə Nazirliyində parçalanmaya səbəb olub.
Bu barədə "ABC News" telekanalı mənbələrə istinadən xəbər yayıb.
Əvvəllər xəzinədarlıq sisteminə yalnız Maliyyə Nazirliyi və əlaqəli qurumların məhdud sayda rəsmiləri giriş əldə edə bilirdi, çünki sistem milyonlarla amerikalı haqqında məxfi məlumatları əhatə edir.
Giriş siyasətinin dəyişdirilməsi səbəbindən Maliyyə Nazirliyində sistemin əsas kuratorlarından biri Devid Lebrik istefa verib.
Nazirlik rəsmiləri DOGE-nin sistemin işinə müdaxiləsinin çoxsaylı ödənişlərin dayandırılmasına və ya ləğvinə səbəb ola biləcəyindən narahatdırlar. Onların sözlərinə görə, bu, ölkə və iqtisadiyyata ciddi zərər vura bilər.
Yerli qanunvericilər də narahatlıqlarını ifadə ediblər.
"Qanuna açıq-aşkar etinasızlıq nümayiş etdirən siyasi xadimlərin bu məxfi, kritik əhəmiyyətli sistemlərə giriş əldə etməsi üçün heç bir tutarlı səbəb düşünə bilmirəm", - deyə Senatın Maliyyə Komitəsinin üzvü Ron Uayden maliyyə naziri Skott Bessentə ünvanladığı qapalı məktubunda yazıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?