Şimali Koreya şənbə günü bildirib ki, onun nüvə silahı danışıqlar üçün deyil, onun xalqını və dünya sülhünü təhdid edən düşmənlərə qarşı döyüşdə istifadə üçün nəzərdə tutulub.
Açıqlama ABŞ Preizdenti Donald Trampın cümə günü Ağ Evdə Yaponiya Baş Naziri Şigeru İşiba ilə görüşündən sonraya təsadüf edir. İki lider Şimali Koreyanın nüvə silahı proqramına son qoymasını təmin etmək öhdəliyini ifadə edib.
KCNA ABŞ və Yaponiya liderləri arasında görüşdən bəhs etməyib, bunun əvəzinə NATO və Aİ rəsmilərinin Şimali Koreyanın tam nüvəsizləşdirilməsi tələblərini təkrarlayan şərhlərinə istinad edib.
“Biz bunu bir daha açıq şəkildə deyirik: Nüvə silahlarımız kiminsə tanınması üçün bir reklam deyil, bir az pula dəyişdiriləcək bir alver predmenti heç deyil,” KCNA-nın bəyanatında deyilir.
“Nüvə qüvvələrimiz düşmən qüvvələrinin ölkəmizin suverenliyinə və xalqımızın təhlükəsizliyinə qəsd edən və dünya sülhünü təhdid edən hər hansı cəhdlərini tez bir zamanda aradan qaldırmaq üçün sarsılmaz bir şəkildə döyüşdən istifadə etmək tərəfdardır,” deyə məlumatda bildirilir.
Şimali Koreya Trampın ölkə lideri Kim Conq Unla əlaqəni bərpa etmək təkliflərinə birbaşa cavab verməyib və bunun əvəzinə nüvə qüvvələrini “gücləndirmək” niyyətini vurğulayıb. Tramp cümə günü “Şimali Koreya və Kim Conq Unla münasibətlərinin olacağını” deyib və Kim ilə yaxşı münasibəti olduğunu əlavə edib. İki lider Trampın birinci prezidentliyi dövründə misli görünməmiş sammit görüşləri keçirib. Trampın tanvarın 20-də ikinci müddətə inauqurasiya mərasimi keçiriləndə Şimali Koreyanın “nüvə gücü” olduğunu deyib vu bu da onun nüvəsizləşdirmə ilə bağlı danışıqlar əvəzinə silahların azaldılması ilə bağlı danışıqlar aparmağa çalışacağına dair suallar doğurub.
“İki lider Şimali Koreyanın nüvə və raket proqramları ilə bağlı ciddi narahatlıqlarını ifadə etdilər və Şimali Koreyanın tam nüvəsizləşdirilməsinə dair qətiyyətli öhdəliklərini bir daha vurğuladılar,” Tramp və İşibanın danışıqlardan sonra verdiyi birgə bəyanatda deyilir
Sorğu
Yeni dizaynımız necədir?