GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Münhen Təhlükəsizlik Konfransının ilginc Türkiyə hesabatı

Münhen Təhlükəsizlik Konfransının ilginc Türkiyə hesabatı

Tarix: 14-02-2025, 12:04 Bölmə :Dünya Baxış: 110

Siyasi şərhçi qardaş ölkənin dünyada artan gücünün detallarını açıqladı; “Türkiyə beynəlxalq siyasətdə mühüm mərkəzə çevrilir”

Almaniyada yerləşən Münhen Təhlükəsizlik Konfransının bir çox ölkədə aparılan sorğulara əsaslanaraq hazırladığı 2025-ci il hesabatında Türkiyənin beynəlxalq arenada artan nüfuzuna paralel olaraq perspektivinin də müsbət istiqamətdə dəyişdiyi vurğulanıb. Belə ki, müdafiə və xarici siyasət məsələlərinin müzakirə olunacağı 61-ci Münhen Təhlükəsizlik Konfransı ərəfəsində “Çoxqütblülük” başlığı ilə “Münhen Təhlükəsizlik Hesabatı 2025" dərc edilib.

Hesabat üçün Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Braziliya, Yaponiya, Kanada, Hindistan, Çin və Cənubi Afrika kimi dünya ölkələrində də sorğular aparılıb. Sorğularda Qərb ölkələrində olan davranışlarında ən çox müsbət dəyişiklik müşahidə edilən ölkələr əsasən Türkiyə, Cənubi Koreya, Polşa və Böyük Britaniya olub. Hesabatda Fransa istisna olmaqla, sorğunun keçirildiyi bütün ölkələrdə Türkiyəni "müttəfiq" olaraq görənlərin nisbətinin onu “təhdid” olaraq görənlərdən daha yüksək olduğu bildirilib.

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Türkiyənin bu gün əldə etdiyi strateji mövqe və beynəlxalq sistemdəki nüfuzu uzunmüddətli, ardıcıl və sistemli prosesin nəticəsidir: “Ölkə həm daxili, həm də xarici siyasət istiqamətində həyata keçirdiyi strateji addımlarla təsir dairəsini genişləndirib. Bu proses bir neçə mühüm mərhələni əhatə edir ki, onların hər biri Türkiyənin regional və beynəlxalq siyasətdə artan rolunu daha da gücləndirib. İlk növbədə, Türkiyə üçün daxili sabitliyin və təhlükəsizliyin təmin edilməsi prioritet məsələlərdən biri olub. Bu kontekstdə terrorla mübarizə və daxili sabitliyin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Türkiyə 2000-ci illərin əvvəllərindən etibarən daxili sabitliyi möhkəmləndirmək üçün sistemli tədbirlər həyata keçirib. Xüsusilə "Çözüm süreci" adlanan mərhələ çərçivəsində terrorla mübarizəyə dair həm siyasi, həm də hərbi aspektlərdən kompleks yanaşma tətbiq olunub. Bu strategiya nəticəsində terrorçu qrupların fəaliyyətinin minimuma endirilməsi təmin edilmiş, bir çox silahlı qruplaşmalar isə siyasi mübarizə metodlarına üstünlük verməyə başlamışdır. Bu dəyişiklik Türkiyə daxilində sabitliyin daha da möhkəmlənməsinə imkan yaratmış, eyni zamanda dövlətin daxili təhlükəsizliyinin artırılmasını təmin etmişdi. Xüsusilə PKK-nın fəaliyyətinin zəiflədilməsi ölkə ərazisində dövlət nəzarətinin güclənməsinə və idarəetmə mexanizmlərinin daha effektiv işləməsinə şərait yaradıb. FETÖ-nün zərərsizləşdirilməsi və 2016-cı ildəki çevriliş cəhdinin qarşısının alınması Ərdoğanın siyasi nüfuzunu artırıb. Bu hadisələr, onun həm daxili siyasətdə, həm də beynəlxalq aləmdə təsir imkanlarını ciddi şəkildə gücləndirib. Türkiyənin Yaxın Şərqdə və İslam dünyasında artan təsiri diqqətəlayiq olub. Bu çərçivədə Yaxın Şərq regionunda, xüsusilə Suriya, İraq və Liviya kimi ölkələrdə hərbi və diplomatik fəaliyyətini gücləndirib. Türkiyə bu ölkələrdə həyata keçirdiyi əməliyyatlar və sülhməramlı təşəbbüslər vasitəsilə regiondakı güc balansına təsir etməyi bacarıb".

Ekspert deyib ki, Türkiyənin beynəlxalq arenada yüksəlişi Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıq və Azərbaycanla strateji müttəfiqlik çərçivəsində də özünü büruzə verib: “2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi bu prosesin ən mühüm mərhələlərindən biri kimi dəyərləndirilə bilər. Türkiyə bu müharibə dövründə Azərbaycana göstərdiyi hərbi və diplomatik dəstək vasitəsilə regiondakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Nəticə etibarilə, Azərbaycanın ərazi bütövlüyü təmin edilmiş, Cənubi Qafqazda yeni geosiyasi vəziyyət formalaşmış və Rusiyanın regiondakı dominantlığı zəifləməyə başlamışdı. Bu proses Türkiyə-Azərbaycan hərbi və siyasi müttəfiqliyini daha da dərinləşdirmiş və bütövlükdə regionun təhlükəsizlik sisteminə ciddi təsir göstərmişdi. Həmçinin bu müttəfiqlik Türk dünyasının inteqrasiyasına dair yeni perspektivlər yaradıb və Turan geosiyasi konsepsiyasının formalaşması üçün əsaslar qoyub.

Türkiyə təkcə regionda deyil, həm də qlobal səviyyədə nüfuzunu gücləndirməkdədir. NATO çərçivəsindəki rolu və qlobal təhlükəsizlik məsələlərindəki təsiri bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. NATO-nun əsas üzvlərindən biri kimi Türkiyə beynəlxalq təhlükəsizlik və müdafiə məsələlərində aktiv rol oynayır. Müdafiə sənayesində əldə etdiyi nailiyyətlər, xüsusilə yerli istehsal olunan SİHA-ların (silahlı pilotsuz uçuş aparatları) müharibə meydanlarında uğurla tətbiq edilməsi, onun hərbi qüdrətini əhəmiyyətli dərəcədə artırıb. Bunun nəticəsində Türkiyə qlobal hərbi-siyasi balansın formalaşmasında təsir imkanlarını genişləndirmiş və beynəlxalq arenada güclü dövlətlər sırasında yerini möhkəmləndirmişdi".

Siyasi şərhçi deyib ki, Türkiyə qarşıdakı illərdə də beynəlxalq siyasətdə fəal rol oynamağa davam edəcək: “Xüsusilə Azərbaycan və digər türk dövlətləri ilə daha sıx əməkdaşlıq, NATO və Qərblə münasibətlərin yenidən formalaşdırılması, yeni müdafiə texnologiyalarına genişmiqyaslı investisiya və qlobal miqyasda diplomatik aktivliyin artırılması. Bu faktorlar Türkiyənin beynəlxalq siyasətdə təsir imkanlarını genişləndirməkdə davam edəcəyini və yeni geosiyasi reallıqlar formalaşdıracağını göstərir. Ümumiyyətlə, Türkiyənin beynəlxalq arenada güclənməsi təkcə regional səviyyədə deyil, həm də qlobal miqyasda yeni geosiyasi reallıqların formalaşmasına səbəb olub. Ölkənin həyata keçirdiyi strateji qərarlar, daxili sabitliyi təmin etməyə yönəlmiş addımlar və xarici siyasət strategiyaları onu tədricən dünya siyasətində mühüm oyunçulardan birinə çevirmişdi. Bu tendensiyanın davam etməsi, xüsusilə Azərbaycan və Türk dünyası ilə daha sıx inteqrasiyanın həyata keçirilməsi, müdafiə sənayesindəki texnoloji irəliləyişlər və beynəlxalq təşkilatlar çərçivəsində daha aktiv rol alması Türkiyənin mövqeyini daha da gücləndirəcək və gələcək onilliklərdə onu beynəlxalq siyasətdə əsas aktorlardan biri kimi formalaşdıracaqdır”.


Gundemxebner

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ən varlı ölkələr - SİYAHI

    Ən varlı ölkələr - SİYAHI ...

    26-06-2013, 13:53

  • 
  • Yeni dünya nizamı? BRİKS ölkələri Qərbə alternativdir - TƏFƏRRÜAT

    Yeni dünya nizamı? BRİKS ölkələri Qərbə ...

    27-03-2023, 22:09

  • 
  • “Freedom House”un Azərbaycanla bağlı - Hesabatı

    “Freedom House”un Azərbaycanla bağlı - Hesabatı ...

    3-10-2013, 11:39

  • 
  • KİV: "Stoltenberq Münhen Konfransının yeni sədri olacaq"

    KİV: "Stoltenberq Münhen Konfransının yeni ...

    13-09-2024, 12:09

  • 
  • 12 il sonra, 2025-ci ildə... - HESABAT

    12 il sonra, 2025-ci ildə... - HESABAT ...

    14-06-2013, 15:52


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu