ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq fevralın 20-22-də Kiyevə səfər edəcək.
Gundemxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski BƏƏ-də keçirdiyi mətbuat konfransında bildirib.
O, K.Kelloqla danışıqlar aparacağını deyib. Həmçinin xüsusi nümayəndənin Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı Aleksandr Sırski və müdafiə naziri Rüstəm Umerovla görüşləri planlaşdırılır.
"Düşünürəm ki, o keçirdiyi görüşlərdən və Birləşmiş Ştatlara qayıtdıqdan sonra mənim ABŞ Prezidenti Donald Trampla görüşümün nə vaxt olacağını biləcəyik", - deyə o qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?