Gundemxeber.az » Dünya » Ermənistanın sabiq baş qərargah rəisinin həbs-qətimkan tədbiri dəyişdirildi
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq birinci müavini, general-leytenant Tiran Xaçatryan azadlığa buraxılacaq.
Gundemxeber.az xəbər verir ki, o, 10 milyon dram (təxminən 43 min manat) girov və ölkədən çıxmaması barədə yazılı öhdəçilik əsasında sərbəst qalacaq.
Müdafiə tərəfi vəsatətində Xaçatryanın himayəsində əlil həyat yoldaşının olduğunu da vurğulayıb.
Qeyd edək ki, Tiran Xaçatryan 2020-ci ildə 44 günlük müharibə zamanı Baş Qərargah rəisinin müavini vəzifəsini icra edib. Həmin dövrdə Baş nazir Nikol Paşinyan tərəfindən Ermənistanın ən ali mükafatı – “Ermənistan Qəhrəmanı” adı ilə təltif olunub. Lakin müharibədən sonra vəzifəsindən uzaqlaşdırılıb və hökumətin Qarabağla bağlı siyasətini tənqid etməyə başlayıb.
Yanvarın 5-də o, 2020-ci il müharibəsi zamanı məmur səhlənkarlığı ittihamı ilə həbs edilib və iki ay müddətinə azadlıqdan məhrum olunmuşdu.
Gundemxeber.az
24-03-2021, 14:25
27-03-2021, 18:54
24-05-2018, 12:45
15-01-2024, 20:45
26-12-2019, 15:09
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?