Gundemxeber.az » Dünya » Zelenski Rusiya-ABŞ danışıqlarından sonra Ər-Riyada getməkdən imtina edib
Ukrayna Prezidenti Volodimir Zelenskinin fevralın 19-a planlaşdırılan Səudiyyə Ərəbistanına səfəri mart ayına qədər təxirə salınıb.Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti özü məlumat verib.
O, buna səbəb kimi Rusiya və ABŞ arasında Ər-Riyadda baş tutan danışıqları göstərib.
"Bizi Rusiya və ABŞ arasında Səudiyyə Ərəbistanında keçiriləcək görüşə dəvət etmədilər. Bu, bizim üçün gözlənilməz oldu. Ona görə də sabah Səudiyyə Ərəbistanına getməyəcəyəm", - Zelenski bildirib.
Qeyd olunur ki, bu səfər onun Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyəyə səfərlərini də əhatə edən diplomatik turunun bir hissəsi olmalı idi.
Gundemxeber.Az
29-12-2015, 23:39
22-10-2018, 16:47
7-10-2017, 11:43
17-02-2025, 16:08
5-11-2017, 11:32
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?