GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Vaşinqton və Kyiv Ukraynanın “mühüm təbii ehtiyatları” ilə bağlı razılaşmaya yaxındır

Vaşinqton və Kyiv Ukraynanın “mühüm təbii ehtiyatları” ilə bağlı razılaşmaya yaxındır

Tarix: 24-02-2025, 12:59 Bölmə :Dünya Baxış: 120


Birləşmiş Ştatlar və Ukrayna bazar günü Kyivin ABŞ-ın Ukraynaya Rusiyanın ölkəyə qarşı apardığı genişmiqyaslı müharibədə özünü müdafiə etmək üçün göndərdiyi milyardlarla dollarlıq silah-sursata görə kompensasiya olaraq nadir təbii ehtiyatlarına olan hüquqlarının əhəmiyyətli hissəsini Vaşinqtona verəcəyi razılaşmanın əldə edilməsinə yaxın olduqlarını bildiriblər. Ukrayna prezidenti Volodimir Zelenski Kyivdə keçirdiyi mətbuat konfransında deyib ki, Ukrayna və ABŞ razılıq əldə etmək yolunda “irəliləyirlər”.


Onun sözlərinə görə, müqavilə layihəsində deyilir ki, Ukrayna Rusiyanın müdaxiləsinə qarşı mübarizədə Kyivə göndərdiyi yardımın hər bir dolları üçün ABŞ-a 2 dollar ödəməli olacaq, lakin mümkün razılaşmanın təfərrüatları hələ açıqlanmayıb.

Bazar ertəsi müharibənin üçüncü ildönümü tamam olur.

Almaniyada Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, ABŞ Ukraynaya ən böyük yardım göstərən ölkə kimi 128 milyard dollar dəyərində hərbi və humanitar yardım göndərib.

ABŞ-ın payı 27 ölkəni əhatə edən Avropa İttifaqının ümumi 124 milyard dollar dəyərində yardımından bir qədər yüksəkdir.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü Kyivdə keçirdiyi mətbuat konfransında medianın suallarını cavablandırır, 23 fevral 2025. (AP Photo/Evgeniy Maloletka)

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff CNN tele kanalına deyib ki, Zelenskinin bu həftə təbii ehtiyatlarla bağlı razılaşmanı imzalayacağını gözləyir.

Zelenski əvvəlcə ABŞ-ın Ukraynanın texnoloji məhsulların istehsalında istifadə edilən nadir mineral ehtiyatlarının yarısına olan tələbini rədd edib. Vitkoff CNN-ə verdiyi müsahibədə müqavilənin təfərrüatlarını açıqlamasa da razılaşmanın indi tamamlanacağına işarə edib.

Vitkoff bildirib ki, Avropa ölkələri Kyivlə razılığa gəldikdən sonra Ukraynanın müharibə səylərinə öz töhfələrini veriblər, lakin ABŞ ilə belə bir anlaşma yoxdur.

Vitkoff ABŞ-ın Ukraynaya heç bir geri ödəmə şərti olmadan bu cür dəstəyinin 2015-ci ildə siyasətə girməzdən əvvəl karyerasını uzun illər Nyu-Yorkda daşınmaz əmlak sahəsində qurmuş prezident Donald Tramp üçün “məntiqli olmadığını” deyib.

Zelenski deyib: “Mənim [keçmiş ABŞ prezidenti Co Bayden] və Amerika Konqresi ilə razılaşmam var idi, mən Konqresə, hər iki tərəfə minnətdaram. Bu da qrant şəklində dəstək idi. Qrant kredit deyil. Və burada krediti qaytarmaq məcburiyyətində deyilik. Ola bilsin ki, kiminsə xoşuna gəlmir və bunun ədalətsizlik olduğunu düşünür. Ola bilər. Mən bilmirəm. Lakin müqavilə bununla bağlı idi. Qrant idi. Yəni söhbət rəqəmdən getmir. Biz buna sadəcə kredit kimi baxmırıq”.

Keçən həftə Zelenskini “diktator” adlandıran və Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə baxmayaraq, müharibəyə başlamaqda onu günahlandıran Tramp ödənişləri tələb edib və sələfi Baydeni hansısa formada kompensiyaya dair zəmanət verməməkdə günahlandırıb.

Zelenski bazar günü deyib ki, o, Trampdan onun mövqeyini “başa düşməsini” və Kyivin özünü Rusiyanın müdaxiləsindən müdafiə etmək üçün konkret təhlükəsizlik qarantiyaları verməsini istəyir.

“Mən həqiqətən Trampdan qarşılıqlı anlaşma istəyirəm” - deyə Zelenski mətbuat konfransında bildirib və əlavə edib: “Trampın təhlükəsizlik qarantiyalarına çox ehtiyac var”.

Zelenski Ukraynada sülh naminə prezidentlikdən imtina etməyə hazır olduğunu bildirib və getməsini Ukraynanın NATO-ya qoşulması qarşılığında edə biləcəyini qeyd edib. Rusiya Ukraynanın alyansa üzvlüyünün qəti şəkildə əleyhinədir.

ABŞ və Rusiyanın yüksək səviyyəli diplomatları, ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov müharibəyə son qoymaq məqsədilə sülh danışıqlarının əsasını qoymaq üçün keçən həftə Ukrayna və Avropa rəsmilərinin iştirakı olmadan Səudiyyə Ərəbistanında görüşüblər.

Zelenski Ukraynanın danışıqlardan kənarda qalmasından şikayət edib, lakin Tramp deyib ki, Moskvanı müdaxilədən çəkindirmək üçün əvvəlcə Rusiya ilə danışıqlar apara bilər.

“Putinlə çox yaxşı danışıqlar aparmışam, amma Ukrayna ilə o qədər də yaxşı danışıqlar olmayıb”, Tramp Ağ Evdə ABŞ ştatlarının qubernatorları ilə görüşdə deyib.

“Onların kartları yoxdur, amma sərt oynayırlar”, Tramp Ukrayna haqda deyib.

Rusiya dövlət televiziyası son günlər Trampın Rusiya-Ukrayna münaqişəsinə baxışının “bizim hadisələrə baxışımızla tamamilə üst-üstə düşdüyünü” bildirib.

Vitkoff deyib ki, əgər o vaxt Ukrayna NATO-ya üzvlük üçün təzyiq göstərməsəydi, müharibə “baş verməzdi”. Kyiv hələ də 32 ölkəni əhatə edən pakta qoşulmağa çalışır, lakin Vaşinqton bunun müharibəni dayandırmaq üçün danışıqlar yolu ilə əldə edilmiş sülh sazişinin bir hissəsi kimi baş verməsinin real olmadığını deyir.

Vitkoff sülh sazişində “hər iki tərəfin imzaladığı güzəştləri görəcəksiniz” deyib.

Rusiya hazırda Moskvanın 2014-cü ildə birtərəfli qaydada ilhaq etdiyi Krım yarımadası və Ukraynanın şərqinin böyük hissəsi də daxil olmaqla, Ukraynanın beynəlxalq səviyyədə tanınan ərazisinin təxminən 20 faizinə nəzarət edir.

Kremlin sözçüsü Dmitri Peskov bazar günü Moskvanın Ukraynanın bu ərazilərinin Kyiv hökumətinə qaytarmaq niyyətində olmadığını bildirib.

“İnsanlar çoxdan Rusiyaya qoşulmağa qərar verib”, Peskov Ukraynanın şərqində Rusiyanın hərbi müdaxiləsinin davam etdiyi vaxt Moskva tərəfindən təşkil edilən və Kyiv, Qərb və beynəlxalq müşahidəçilər tərəfindən saxta kimi tənqid edilən edilən seçkilərə toxunaraq deyib.

Trampın iki həftə əvvəl Putinlə telefon danışığı Rubio və Lavrovun Səudiyyə Ərəbistanında danışıqları üçün zəmin yaradıb.

“Bu, iki fövqəladə prezident arasında dialoqdur”, Kremlin sözçüsü Dmitri Peskov bazar günü dövlət televiziyasına deyib./amerikaninsesi.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Obamadan Ukraynaya bəd xəbər

    Obamadan Ukraynaya bəd xəbər ...

    30-07-2014, 17:48

  • 
  • ABŞ müdafiə naziri söz verdi: “Rusiya hücum etsə Ukraynaya dəstək verəcəyik”

    ABŞ müdafiə naziri söz verdi: “Rusiya hücum etsə ...

    2-04-2021, 14:43

  • 
  • ABŞ-Ukrayna hərbi təlimlərinə start verilib

    ABŞ-Ukrayna hərbi təlimlərinə start verilib ...

    18-09-2020, 10:39

  • 
  • Zelenski: Bu müharibəni bitirməyi dünyada hamıdan çox Ukrayna istəyir

    Zelenski: Bu müharibəni bitirməyi dünyada hamıdan ...

    26-09-2024, 20:19

  • 
  • Obama Rusiyanı Ukrayna ilə bağlı öhdəliklərini pozmaqda ittiham edib

    Obama Rusiyanı Ukrayna ilə bağlı öhdəliklərini ...

    3-03-2014, 16:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (278)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu