Gundemxeber.az » Dünya » Yenə Ər-Riyad, yeni danışıqlar, köhnə heyət – Aİ və Ukrayna kənarda qalır
Rusiya və Amerika nümayəndə heyətləri fevralın 25-də Səudiyyə Ərəbistanının paytaxtında görüşəcək. Görüş fevralın 18-də baş tutan danışıqların davamı olacaq.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla xəbər verir ki, Aİ və Ukrayna nümayəndələri danışıqlarda iştirak etməyəcək.
Qeyd edək ki, bu səviyyədə ilk görüş fevralın 18-də baş tutub. Həmin vaxt Rusiya tərəfinə xarici işlər naziri Sergey Lavrov, Amerika tərəfinə isə dövlət katibi Marko Rubio rəhbərlik edib. Tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər, lakin danışıqların təfərrüatları açıqlanmayıb.
Başlanılan danışıqlarda Avropa İttifaqı və Ukrayna nümayəndələri iştirak etməyiblər.
Nəşr yazır ki, yeni görüş Fransa prezidenti Emmanuel Makronun Donald Trampla atəşkəsin mümkün yollarını müzakirə etdiyi ABŞ-a səfərindən bir gün sonra baş tutacaq. Ağ Evdəki danışıqlardan sonra Makron yaxın həftələrdə razılığa gəlməyə ümid etdiyini bildirib.
Gundemxeber.az
7-07-2017, 22:56
21-11-2017, 11:57
10-04-2014, 10:37
21-08-2017, 14:53
17-02-2025, 16:08
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?