GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Nümayəndələr Palatasının spikeri büdcə layihəsini qəbul etmək üçün kifayət qədər Respublikaçının dəstəyini toplayıb

Nümayəndələr Palatasının spikeri büdcə layihəsini qəbul etmək üçün kifayət qədər Respublikaçının dəstəyini toplayıb

Tarix: 26-02-2025, 23:34 Bölmə :Dünya Baxış: 235


Nümayəndələr Palatasının spikeri Mayk Conson çərşənbə axşamı gecə 217-215 səs fərqi ilə büdcə layihəsini qəbul etmək üçün kifayət qədər səs toplayıb.

"Biz prezident [Donald] Trampın gündəminin təkcə bir hissəsini deyil, tam şəkildə çatdıracağımıza söz verdik. Bir hissəsini indi, geri qalanını isə sonra deyil," Conson çərşənbə axşamı jurnalistlərə deyib.

Səsvermədən əvvəl Nümayəndələr Palatasının Respublikaçılar Konfransının bir neçə üzvü hələ də büdcə layihəsinin miqyası, 2017-ci ildə tətbiq olunan vergi endirimlərinin təklif olunan uzadılmasının necə və nə vaxt qəbul ediləcəyi və Amerika seçicilərinə kömək edən əsas sosial təminat proqramlarını kəsmədən ABŞ-ın büdcə kəsirini necə azaltmaqla bağlı narahat olub. Senat rəhbərliyi vergi endirimlərinin daha sonra ayrıca qanun layihəsində qəbul edilməsini təklif edib.

"Biz nəin ki, amerikalı vergi ödəyicisi üçün qənaət, onların dollarlarından daha yaxşı, daha səmərəli istifadə etmələrinin yollarını tapmağa çalışırıq ki, bunu mənəvi cəhətdən etməyə borcluyuq, həm də borcu azaltmaq üçün mənəvi öhdəliyimiz var," Conson deyib.

Prezident Donald Tramp qanunvericiləri onun daxili siyasət gündəminin əsas hissəsi olacaq "böyük, gözəl qanun layihəsini" qəbul etməyə çağırıb.

Trampın Nümayəndələr Palatasının irəli sürdüyü büdcə layihəsinə üstünlük verdiyini ifadə etməsinə baxmayaraq, Senat cümə günü hərbi büdcə üçün 150 milyard dollar və sərhəd təhlükəsizliyi üçün 175 milyard dollar nəzərdə tutan müvəqqəti büdcə qətnaməsini qəbul edib. Bu qətnamədə həmçinin Nümayəndələr Palatasının versiyasında irəli sürülən Medicaid-a maliyyənin kəsilməsinin qarşısı alınır.

Respublikaçı nümayəndə Toni Qonzalesin başçılığı ilə Nümayəndələr Palatasında yeddi Respublikaçı Medicaid səhiyyə proqramı, ərzaq yardımına maliyyə və digər sosial təhlükəsizlik şəbəkəsi proqramlarına maliyyənin potensial olaraq kəsilməsinin əleyhinə xəbərdarlıq edib.

"Medicaid-i kəsməyin, xüsusilə də xəstəxanalar və qocalar evlərinin açıq qalmaqda çətinlik çəkdiyi kəndlər və əsasən ispandilli icmalarda ciddi fəsadları olacaq," qanunvericilər keçən həftə Consona göndərdikləri məktubda deyib.

Konqresdəki Demokratlar da Respublikaçıların vergilərin azaldılması təklifinə etiraz edərək, bunun onsuz da yaşayış xərcləri və inflyasiyadan narahat olan aşağı gəlirli və orta təbəqəli amerikalılara zərər verəcəyini iddia edirlər. Heç bir Demokrat qanun layihəsinin lehinə səs verməyib.

İndi Nümayəndələr Palatası və Senatın qanun layihələrində kompromis olmalıdır ki, onlar imzalanaraq, qəbul edilsin.

Qanunvericilər martın 14-nə qədər kompromis əldə edə bilməsələr, hökumət qismən bağlanacaq, milyonlarla federal işçi müvəqqəti olaraq maaşsız qalacaq və bəzi mühüm olmayan dövlət xidmətləri dayandırılacaq.

Senatda çoxluq lideri Con Tun qanunvericilərə işləmək üçün daha çox vaxt vermək məqsədilə daha bir qısamüddətli büdcə layihəsinin mümkünlüyünü istisna etməyib.

Senat Nümayəndələr Palatasının variantı üzrə səsvermənin uğurlu olub-olmayacağı ilə bağlı qeyri-müəyyənlik səbəbindən büdcənin öz versiyası üzərində səsvermə keçirib.

Senatda azlıq lideri Çak Şumer səsverməni seçicilərə zərər vermək yolunda ilk addım kimi xarakterizə edib.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Senatı büdcə layihəsi ilə bağlı səsvermə keçirəcək

    ABŞ Senatı büdcə layihəsi ilə bağlı səsvermə ...

    19-01-2018, 19:41

  • 
  • ABŞ Konqresi vergi islahatlarına dair səsvermə keçirib

    ABŞ Konqresi vergi islahatlarına dair səsvermə ...

    17-11-2017, 16:10

  • 
  • Nümayəndələr Palatasının Ədliyyə komitəsi Trampa qarşı impiçment maddələrini nəzərdən keçirir

    Nümayəndələr Palatasının Ədliyyə komitəsi Trampa ...

    12-12-2019, 15:40

  • 
  • Tramp vergi islahatının orta sinif ailələri üçün faydalı olacağını deyir

    Tramp vergi islahatının orta sinif ailələri üçün ...

    17-12-2017, 16:11

  • 
  • Nümayəndələr Palatası hərbi əməliyyatlara dair Konqresin təsdiqini tələb edən qətnamə qəbul edib

    Nümayəndələr Palatası hərbi əməliyyatlara dair ...

    11-01-2020, 12:29


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu