Suriya ordusu ilə Bəşər Əsədə bağlı silahlılar arasında baş verən toqquşmalarda 70-dən çox insan ölüb, onlarla şəxs yaralanıb, əsir düşənlər var.
Bu barədə Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.
Suriya KİV-lərinin yazdığına görə, toqquşmalar Bəşər Əsədə sadiq qalan silahlı qruplaşmaların Əl-Laziqiyyədə Suriya təhlükəsizlik qüvvələrinin əməkdaşlarını və maşınlarını hədəf almasından sonra başlayıb. Nəticədə bir neçə şəxs həyatını itirib.
Suriya ordusunun bölmələri Suriyanın Əl-Laziqiyyə və Tartus şəhərlərinə daxil olub..
Qeyd olunur ki, hər iki şəhərdə sabiq prezident Bəşər Əsədə sadiq qüvvələrlə Suriya ordusu arasında şiddətli toqquşmalar olub.
Hələlik ölən və xəsarət alanların sayı haqqında məlumat verilmir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?