GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Zelenskini şantaj edən Tramp indi də Putini hədələyir

Zelenskini şantaj edən Tramp indi də Putini hədələyir

Tarix: 11-03-2025, 13:00 Bölmə :Dünya Baxış: 405

Fransa imperatoru Napoleon Bonapartın (1804-1814) adına çıxılan qanadlı bir ifadə var: "Müharibəni davam etdirmək üçün üç şey lazımdır: pul, pul və daha çox pul”. Əslində isə bu fikir Gian Giacomo Trivulzioya (1440-1518) məxsusdur. O, İtaliya aristokratlarından biridir. Fransa karlı “tədbirli Lüdovik” kimi tanınan XI Lüdoviklə (1461-1483) yaxın olub. İtaliyada gedən bir çox müharibələrdə sərkərdə kimi şöhrət qazanıb.

Birmənalı olan isə odur ki, müharibəni davam etdirmək üçün təkcə Napoleon və Trivulziya yox, Vladimir Putinə də, elə Volodimir Zelenskiyə də pul lazımdır. Özü də söhbət dibi dəryada olan puldan gedir.

Rusiya-Ukrayna müharibəsi dalana dirənib. Hər iki tərəf əldən düşüb, tükənib. Pul-para da qalmayıb. Xüsusən ABŞ Ukraynaya hərbi və siyasi dəstəyini dayandıracağını bəyan etdikdən sonra rəsmi Kiyev çıxılmaz vəziyyətə düşüb. Aydındır ki, Ukrayna indiyə qədər ABŞ+Avropa İttifaqı+Böyük Britaniya... kimi ölkələrin pulu hesabına Rusiyanın qarşısında duruş gətirə bilmişdi. Vladimir Putinin 3 günə almaq istədiyi Ukrayna məhz Qərbdən gələn pul axınının hesabına 3 ildir ki, vuruşur.

Onu da deyək ki, Qərb tərəfindən total sanksiyalara məruz qalan Rusiyanın da maliyyə sıxıntıları aşkar şəkildə ortadadır.

O da faktdır ki, çəbhə xəttində heç bir tərəf ciddi uğur əldə edə bilmir. Faktiki olaraq hər iki tərəf yerində sayır. Belə bir dönəmdə Donald Tramp sülhə çağırış edir. Volodimir Zelenskiyə təhqiramiz şəkildə təzyiq göstərir. Bu olaydan Vladimir Putin məmnun görünür. Avropa İttifaqı Ukraynaya hərbi və siyasi dəstəyi dayandıran D.Tramp administrasiyasının yaratdığı boşluğu doldurmaq üçün hərəkətə keçib. 

1741028445-1741026164-Untitled.jpg (102 KB)

ABŞ Volodimir Zelenskidən nə istəyir? Yeni administrasiya Ukrayna prezidentini ciddi güzəştlərə vadar etməkdə qərarlı görünür. Ağ Evdəki biabırçılığın və şantajın əsl səbəbi bu amilə söykənir. Mahiyyətdə ABŞ, Ukrayna, Rusiya və Avropa İttifaqı sülh istəyir. Söhbət sülhün hansı şərtlərlə əldə olunmasından gedir. Ərazisinin 20 faizini itirən Ukrayna başa düşür ki, Amerika ondan daha çox güzəşt qoparmağa çalışır. Niyə? Çünki bu müharibədə zəif tərəf məhz Ukraynadır. Ukrayna öz məğlubiyyəti ilə razılaşır. Ancaq bu məğlubiyyət kapitulyasiya xarakteri daşımamalıdır. Yəni dirəndiyi dalandan daha abırlı şəkildə çıxmağa can atır. Bu da basadüşüləndir.

Avropa İttifaqı isə Rusiyanın Ukrayna müharibəsindən ciddi uduşla çıxmasını qəti istəmir. Çünki bu, gələcəkdə digər Avropa ölkələrinin də Rusiya tərəfindən hədəf alınmasına gətirib çıxara bilər. Necə deyərlər, iştaha diş altındadır...

Donald Tramp Amerikanın maddi maraqlarını önə çəkərək Ukraynanın təbii sərvətlərinə əl qoymaq istəyir. Ukraynanın işğal altındakı torpaqlarını da Rusiya geri qaytarmayacaq. Bu ölkənin Aİ-yə və NATO-ya qəbul olunması da gündəmdən çıxır.

D.Trampın Ukraynadan nə istədiyi konkretdir, birmənalıdır. Bəs, Amerika prezidenti bütün bunların müqabilində Rusiyadan hansı güzəştlər qoparacaq? Bu sualın cavabı bəlli deyil. Hə, müəyyən ehtimallar, fərziyyələr var. Amma dəqiq bir şey yoxdur. Dəqiq olan odur ki, ABŞ Rusiyaya yönəlmiş sanksiyaları daha da gücləndirmək istəyir. Niyə? Çünki Rusiya ABŞ-ın ondan qoparmaq istədiyi güzəştlərə “yox” demək məcburiyyətində də qala bilər. Yəni Volodimir Zelenskini şantaj edən D.Trampın bu dəfə V.Putinin üzərinə yeriməsi də mümkündür. Çünki amerikalılar yaxşı bilir ki, Rusiya nə qədər başını dik tutmağa çalışsa da əslində çoxdan diz çöküb. Yəni Rusiya da Amerikaya ciddi güzəştlərə getməyə məcburdur.

Ukrayna məsələsində Çin faktoru da var. Təsadüfi deyil ki, indiyə qədər Rusiyaya dəstək verən Çin artıq Ukraynanın ərazi bütövlüyünü tanıdığını bildirir. Rəsmi Pekin son 3 ildə demədiyini indi deyir. Niyə? Çünki Çin yaxşı başa düşür ki, ABŞ Çinlə apardığı ticarət müharibəsindən qalib çıxmaq üçün Rusiyanı öz yanına çəkməyə çalışır. Ona görə də Çin Ukrayna məsələsində Aİ ilə ortaq mövqedən çıxış etməyə üstünlük verir.
Bu məsələdə Türkiyə də Aİ və Çinlə demək olar ki, eyni mövqedə dayanıb. Hərbi sənayesində inqilabi sıçrayışla irəli gedən Türkiyə indi Aİ üçün vazkeçilməz tərəfdaşa çevrilib. Başqa sözlə desək, Türkiyə Aİ üçün “olmazsa, olmaz” statusuna yüksəlib.

Tarixin ironiyasına baxın: ABŞ və Aİ Türkiyəni parçalamaq üçün min oyundan çıxdı. PKK sorunu yaratdı. Bu problem Türkiyəni 100 milyard dollarlarla ziyana saldı. Ancaq bu işin müsbət tərəfi də oldu. Belə ki, PKK terroru ilə 40 ilə yaxın vuruşan Türkiyə hərbi baxımdan daha da gücləndi. O qədər gücləndi ki, bir həmləyə həm İranı, həm də Rusiyanı Suriyadan vurub kənara atdı.

O da məlumdur ki, Brüsseldə keçirilən sammit zamanı Aİ liderləri Avropanın 800 milyard avro dəyərində hərbiləşdirilməsi planı barədə razılığa gəliblər. Müqayisə üçün deyim ki, 2024-cü ildə ABŞ-ın hərbi büdcəsi 824 milyard, Rusiyanınki isə 140 milyard dollar olub... 

abs_rusiya-768x403.jpg (66 KB)

Aİ-nin maliyyə imkanları son dərəcə böyükdür. Avropa istəsə, hərbiləşməyə 1 və ya 2 trilyon avro da ayıra bilər. Məsələn, əhalisi cəmi 5.5 milyon olan Norveçin yalnız bir fondunda-neft fondunda 1.7 trilyon dollar var. Avropada varlı ölkələr çoxdur. Avropanın pulu da, texnologiyası da Rusiyadan qat-qat üstündür. Bir faktı deyim: Rusiya dünyanı nüvə silahı ilə təhdid edir. ABŞ-ın da, Rusiyanın da nüvə silahının müəllifi almanlardır. II Dünya Müharibəsində məğlub olan Almaniyanın əsir götürülmüş fizikləri hər iki ölkəyə nüvə silahını töhfə verdilər. Təbii ki, Almaniya silkələnsə, öz iqtisadiyyatını yenidən hərbi reyslərin üzərinə keçirsə, bu, Rusiyaya çox baha başa gələ bilər. Böyük Britaniya və Fransanın da nüvə silahına malik olması bəlli faktdır. 

Problem onadır ki, son 80 ildə Avropada müharibə olmayıb. Avropa hərbi müdafiəsini də könüllü şəkildə Amerikaya həvalə edib. Ona görə də indi ciddi problemlərlə üzləşib. Ancaq D.Trampın deməyinə baxmayın. Rusiya Avropanın üzərinə gəlsə. ABŞ həmən hərəkətə keçəcək.

Sözümün canı o ki, Avropanın pulu da var, texnologiyası da var, Ukrayna da, Türkiyə də, Çin də bu məsələdə Avropanın yanındadır. Başqaları da var. Məsələn, Kanada, Cənubi Koreya, Yaponiya, Tayvan, Avstraliya... Bu ölkələr də son dərəcə varlı və gəlişmiş ölkələrdir.

Belə böyük bir gücə arxalanan Ukrayna aydındır ki, kapitulyasiyaya getməyəcək. Biabırçı sülhə imza atmayacaq. Bütün vasitələrlə bu ağır vəziyyətdən mümkün qədər az itki ilə çıxmağa çalışacaq.

Avropanın Fransa karlı “tədbirli Lüdovik” kimi ağıllı başları olub. Ona görə də əminliklə demək olar ki, var-dövləti başından aşan Avropa dilənçi günündə olan Rusiyanın qarşısında əyilməyəcək.

Bugünə qədər Aİ iqtisadi və siyasi baxımdan güclü idisə, yaxın gələcəkdə Aİ həm də hərbi baxımdan dominant olacaq./musavat.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zelenski: Bu müharibəni bitirməyi dünyada hamıdan çox Ukrayna istəyir

    Zelenski: Bu müharibəni bitirməyi dünyada hamıdan ...

    26-09-2024, 20:19

  • 
  • Ukrayna Putini həbs etmək istəyir

    Ukrayna Putini həbs etmək istəyir ...

    18-08-2014, 02:03

  • 
  • “Putinlə danışıqları davam etdirmək lazımdır”

    “Putinlə danışıqları davam etdirmək lazımdır” ...

    13-08-2014, 13:57

  • 
  • Soçi Olimpiadasının pul çempionu - Azərbaycan...

    Soçi Olimpiadasının pul çempionu - Azərbaycan... ...

    4-02-2014, 21:19

  • 
  • Makron və Putin Ukraynada durumu müzakirə edib

    Makron və Putin Ukraynada durumu müzakirə edib ...

    9-09-2019, 15:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (479)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu