Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili "gödəkcələr işi" üzrə 9 il azadlıqdan məhrum edilib. O, külli miqdarda büdcə vəsaitlərini mənimsəməkdə təqsirli bilinib.
İttihama görə, Saakaşvili prezidentliyi dövründə büdcə vəsaitlərindən geyim, o cümlədən gödəkcə almaq, oğlunun təhsilini ödəmək, həmçinin kosmetik prosedurlar üçün istifadə edib.
Saakaşvili və Canaşiya əvvəllər dəfələrlə ittihamları rədd edərək məhkəmənin siyasi xarakter daşıdığını bildiriblər.
GundemXeber.Az Azadlıq Radiosuna istinadən bildirir ki, Saakaşvili hazırda 6 illik həbs cəzası çəkir. Daha əvvəl onun barəsində digər iki iş - Sandro Qirqvlianinin qatillərinin əfv edilməsi və deputat Valeri Qelaşvilinin döyülməsi üzrə hökmlər çıxarılmışdı.
M.Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə Gürcüstana qayıtdıqdan sonra həbs edilib. Hazırda "Vivamedi" klinikasında saxlanılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?