Hakim "Gürcüstan Arzusu - Demokratik Gürcüstan" partiyası parlamentdə qrantlar haqqında qanuna dəyişikliklər təklif edib.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bunu "Gürcüstan Arzusu" fraksiyasının sədrinin birinci müavini İrakli Kirtsxaliya brifinqdə açıqlayıb.
Bu dəyişikliklərə görə, Gürcüstan vətəndaşları və ya ölkədə fəaliyyət göstərən təşkilatlar hökumətin əvvəlcədən razılığı olmadan xarici qrant ala bilməyəcəklər.
Siyasətçi qeyd edib ki, yeni qrant qaydaları xaricdə təhsil və ya elmi fəaliyyət üçün ayrılan vəsaitlərə, həmçinin idman assosiasiyalarına aid olmayacaq. Qanunun sürətləndirilmiş qaydada qəbul edilməsi planlaşdırılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?