Əlillik , pensiya “İnzibati icraat haqqında” qanunla təyin olunur?
ƏƏSMN və tabeliyindəki qurumların özbaşınalığını durduran olacaq?
Bu günlərdə Abşeron rayonu, Saray qəsəbəsi, Mir Cəlal, 30 ünvanında yaşayan anadangəlmə əlil anasının oğlu İbrahim Heydərlinin 18 ildən sonra əlilliyinin ləğv olunmasından şikayəti və “ləğvetmə” (oxuma , reabilitasiya!) agentliyinin cavabı “Hürriyyət”də dərc olunub. Ananın şikayəti bir daha ölkənin sosial müdafiə siyasətinin, əlilliyin qarşısının alınması, reabilitasiya tədbirlərinin iflasa uğradığını deməyə əsas verir.
Özbaşınalıq sübuta, əlavə şərhə ehtiyac görmür, ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) açıq mətnlə bildirir ki, 19 yaşına girən şəxsin əlilliyi “İnzibati icraat haqqında” qanuna uyğun ləğv edilib. Sual doğur: DTSERA REABİLİTASİYA qurumudur, yoxsa LƏĞVETMƏ? TİBBİ SOSİAL EKSPERT KOMİSSİYASI LƏĞVETMƏ KOMİSSİYASIDIR? Bəyəm əlillik, pensiya “İnzibati icraat haqqında” qanunla təyin olunur və (kefləri istəyəndə) kəsilir? Absurdluğa baxın, AĞ XALATLI tibbi sosial reabilitasiya “inzibatçıları” PROKUROR, İTTİHAMÇI, HAKİM mantiyasında! MÜDAFİƏÇİVƏKİL də özləridir, əlilliyi olan şəxs ƏƏSMN tabeliyində 39 SAYLI VƏKİL BÜROSU ilə qarşı-qarşıyadır! Əlbəttə, davanın sonucu öncədən bəllidir: “ANADANGƏLMƏ MÜDDƏTSİZ ƏLİLLİK ÖMÜRLÜK “HƏBS OLUNSUN”!
Belə sosial müdafiə, reabilitasiya siyasəti ilə hansı sosial təminatdan, əlil hüququndan danışmaq olar
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?