Prokuror sanksiya verdi, əməliyyatı həyata keçirəcək polis tapılmadı
Türkiyədə rüşvət və korrupsiya həbslərinin ikinci dalğası ilə bağlı böyük şok yaşanır.
Virtualaz.org saytı “Radikal” qəzetinin internet saytına istinadla xəbər verir ki, prokurorluq aralarında bir çox vəzifəli şəxsin də yer aldığı bir qrup şəxslə bağlı rüşvət və çirkli pulların yuyulması ittihamı ilə həbs sanksiyası versə də həmin şəxslərin həbsi üçün əməliyyatı həyata keçirəcək polis tapılmır.
Xəbərə görə, bu saatlarda İstanbul polis idarəsinin maliyyə cinayətlərinə qarşı mübarizə və digər şöbələrin müdirləri İstanbul ədliyyəsində baş prokuror vəkilinin yanındadır.
Bildirilir ki, həbslərin ikinci dalğasını həyata keçirmək üçün bu gün səhər təlimat verilib. Aralarında kifayət qədər mühüm şəxslərin də yer aldığı uzun siyahı hazırlanıb və siyahıda adları yer alan şəxslərin həbsinə sanksiya verilib. Bu şəxslərdən bir çoxunun evlərində və iş yerlərində də axtarışların aparılması üçün sanksiya verilib.
Lakin Ankara polis idarəsinə yeni təyin olunan şöbə müdirləri 17 dekabr həbslərindən sonra aldıqları yeni təlimata əsasən bu əməliyyat barədə məlumatları dərhal öz rəislərinə məruzə ediblər. Eyni zamanda Baş Prokurorluğun təlimatı olmadan yeni əməliyyata başlamayacaqlarını bildiriblər.
Faktiki olaraq polis ədliyyə sisteminə qarşı qiyam qaldırıb və əməliyyatı başlamaq mümkün olmayıb.
Bildirilir ki, İstanbul ədliyyəsində böhran hələ də davam edir. Qəzetin əldə etdiyi xəbərə görə, 17 dekabr həbslərindən sonra işdən azad edilən şöbə rəislərinin yerinə yeni təyin olunanlar həbs əməliyyatlarını həyata keçirməmək üçün müqavimət göstərir.
Bu arada Ankara Cümhuriyyət Prokurorluğu hökumətin keçirdiyi bəzi tenderlərdə korrupsiya şübhəsi ilə istintaqın aparldığını təsdiqləyib.
* * *16:37
Türkiyədə AKP hökumətinə qarşı rüşvət və korrupsiya əməliyyatında ikinci həbs dalğası başlayır.
Virtualaz.org xəbər verir ki, bu barədə “Radikal” qəzeti az əvvəl “son dəqiqə” anonsu ilə sensasion xəbər yayıb. İkinci dalğa həbs əməliyyatının da rüşvət və çirkli pulların yuyulması iddiaları əsasında həyata keçiriləcəyi məlum olubş Əməliyyata başlamaq üçün təlimatın artıq prokurorlar tərəfindən polisə göndərildiyi məlum olub. İstintaqı “Ergenekon” işinin istintaqına rəhbərlik edənlərdən biri, prokuror Muammer Akkaşın apardığı bildirilir. İstintaq çərçivəsində axtarış və həbs təlimatlarının artıq polisə təqdim edildiyi xəbər verilir. İddia olunur ki, həbs əməliyyatı yaxın saatlarda başlayacaq.
Lakin polisin prokurorların çıxardığı sanksiyalar əsasında necə hərəkət edəcəyi maraqla gözlənilir. Belə ki, 17 dekabr həbslərinin ardınca baş nazir Ərdoğan polisdə Fətullah Gülənə bağlı kadrları kütləvi şəkildə işdən azad edib və ya yerlərini dəyişdirib. Xəbərin savamı olacaq. Saytımızı izləyin.
Sorğu
Yeni dizaynımız necədir?