ABŞ Prezidenti Donald Tramp keçmişdə təhlükəli cinayətkarların saxlanıldığı dünyanın ən dəhşətli həbsxanalarından biri olan "Alkatras"ın açılması barədə göstəriş verib
Gundemxeber.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazı
"Amerikanın ən amansız və zorakı cinayətkarlarının saxlanılması üçün "Alkatras" həbsxanasını yenidən açmağa, genişləndirməyə və bərpa etməyə göstəriş verirəm", - deyə D.Tramp qeyd edib
Donald Tramp bildirib ki, həbsxananın yenidən açılması qanunun, nizamın, ədalətin simvoluna çevriləcək.
Məlumat üçün əlavə edək ki, "Alkatras" həbsxanası ABŞ-nin Kaliforniya ştatında, San-Fransisko körfəzində, adada yerləşir. Həbsxana 1963-cü ildə bağlanıb.
Sorğu
Yeni dizaynımız necədir?