GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Cangüdəni ilə sevişən prezident - Böyük Manipulyator

Cangüdəni ilə sevişən prezident - Böyük Manipulyator

Tarix: 6-05-2025, 13:45 Bölmə :Dünya Baxış: 90


Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir. Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edirik:

ŞAYİƏLƏRƏ QARŞI MÜBARİZƏ

Bu o deməkdir ki, Brijit Makron seçki kampaniyası zamanı yayılan bəzi “şayiələri” həzm edə bilmədi... Məsələ burasındadır ki, Parisdə çıxan bütün qəzetlərin redaksiyalarında, eləcə də bütün Fransada, bütün ailələrdə stol arxasında söhbət gedir ki, bəs Brijit Makronun əri, əslində, homoseksualdır. Bu söhbət hələ 2015-ci ilin payızından – Emmanuel İqtisadiyyat naziri olanda, onun o zamankı siyasi düşmənləri Manuel Valls ilə Nikola Sarkozi tərəfindən yayılmağa başlayıb. Belə deyirlər ki, guya 2015-ci ilin yayında Emmanuel Makronla onun mühafizə servisindən (SDLP) olan cangüdənlərinin biri arasında intim münasibət olub... Bu söz-söhbət polis komissarlıqlarında, kəşfiyyat xidmətlərində, eləcə də Daxili İşlər Nazirliyində də gedir. Elə ona görə də Benalla məsələsi ortalığa çıxandan sonra bu şayiə daha geniş vüsət aldı. Hamı elə başa düşdü ki, Makronun intim münasibətdə olduğu cangüdən elə Benalla özüdür. Ancaq məsələ burasındadır ki, vaxtilə Yelisey sarayının məşhur missiya icraçısı Aleksandr Benalla, ümumiyyətlə, heç vaxt SDLP mühafizə servisində (SDLP) işləməyib. 2016-cı ilin əvvəlində bu söz-söhbət daha da gücləndi və bir müddətdən sonra “homoseksual” namizədin sevgilisinin kim olduğu da üzə çıxdı. Belə ki, Parisdə xəbər yayıldı ki, bəs Emmanuel Makronun məşuqu Fransa Radiosunun prezidenti və baş direktoru, gənc və yaraşıqlı bir oğlan olan Matiö Qalledir! Əslində, bu ağ yalandır! Fransa Radiosunun baş direktorunun əhatəsində olanlar bu söhbətin cəfəngiyyat olduğunu bilsələr də, əllərindən heç nə gəlmir. Şayiə ayaq açıb nəinki Parisin böyük və kiçik saraylarına, hətta paytaxtın sərhədlərini də keçib tezliklə bütün ölkəyə yayılır...

Beləliklə, təbii ki, Makronlar cütlüyü rahatlığını itirir və ər-arvad qərara gəlir ki, əks hücuma keçsinlər. İqtisadiyyat Nazirliyində təşkil olunan rəsmi qəbulların hər birində Emmanuel ilə Brijit fürsətdən istifadə edib stol arxasındakı qonaqların qarşısında bu məsələni ortaya qoyurlar. “Yəqin, eşitmisiniz də, deyirlər ki, Emmanuel homoseksualdır... bu tamamilə yalandır!”, – deyə bu söhbətlərdən sonra yuxusuna haram qatılan Brijit Makron əsəblə səsini qaldırır. Fransız dili müəlliməsi bir gün yaxın rəfi qələrinin birinə etiraf edir ki, bu söhbətlər onu çox qorxudur. Bir axşam da nazirlə görüşə gələn bir yazıçını liftə qədər müşayiət edəndə, ona şikayətlənir ki: “Bilirsiniz, mən yüz faiz əminəm ki, bu şayiə homoseksualların çevrəsində yaranıb...”. Emmanuel də öz növbəsində jurnalistləri, televiziya müxbirlərini, qəzet redaktorlarını qəbul edəndə söhbət əsnasında bu “şayiəni” qeyd etməyi heç vaxt unutmur. Nazir bu söz-söhbəti boş verə bilmir. Kiminlə görüşür, ona ancaq bu haqda danışır. Onun həmsöhbətləri də hiss edir ki, bu şayiə gənc siyasətçiyə, doğrudan da, çox pis təsir edib. “Bilirsiz, onlar Mitteran kimi məni də mənəvi cəhətdən sındırmaq istəyirlər...”, – deyə Emmanuel həmsöhbətlərindən birinə ürəyini açır.

Başqa birisinə də deyir ki: “Onlar məni sındırmaq istəyirlər, amma mənim gönüm qalındır, sınan deyiləm”. Ancaq məsələ burasındadır ki, onun hər dəfə, hər vəchlə özünə bəraət qazandırması, yeri gəldi-gəlmədi homoseksual olduğunu inkar etməsi axırda əks nəticə verir – yəni şayiələri daha da qızışdırır. “Hiss olunur ki, bu söz-söhbət, həqiqətən də, ona yaman dəyib... o gün düz iyirmi dəqiqə mənimlə bu barədə danışdı... Adama deyərlər ki, soğan yeməmisənsə, için niyə göynəyir? Əgər bu söhbət başdan ayağa yalandırsa, onda nə üçün səhərdən axşama qədər canfəşanlıqla özünü müdafiə edirsən? Onun homoseksual olub-olmamağı heç kimin vecinə deyil. İndi iyirmi birinci əsrdir. Kimi belə şeylə təəccübləndirmək olar?” – deyə onun qonaqlarından biri çiyinlərini çəkir. Görünür, Emmanuel Makronu ən çox narahat edən şey odur ki, camaat onu saxtakarlıqda, yalan danışmaqda günahlandırır. 2016-cı ilin oktyabrında, Mediapart jurnalisti ilə söhbətdə bir neçə dəfə vurğulayır ki: “Mənim gizli həyatım yoxdur...”. Amma bu kifayət eləmir. Bununla belə, Makron bu şayiəni hələ ki, ictimaiyyətin qarşısında açıq şəkildə müzakirə etmir. Ancaq 2017-ci ilin fevral ayının əvvəlində Bobino teatrına yığışmış "Hərəkətdə!" hərəkatının fəalları qarşısında, Makron yarı-zarafat, yarı-ciddi Fransa Radiosunun prezidenti və baş direktoru ilə aralarındakı intim münasibəti inkar edir: “Əgər barda, restoranda kimsə sizə desə və yaxud əgər elektron poçtla kimsə sizə xəbər versə ki, mənimlə Matiö Qalle və yaxud hər hansı bir başqa adam arasında gizli intim münasibətim var, bilin ki, o, mən deyiləm, mənim bədənimdən ayrılan holoqramdır”, – deyə prezidentliyə namizəd aktivistlərin alqışları altında bəyan edir.

Bu sözlər o dəqiqə effekt verir: o gündən başlayaraq sosial şəbəkələrdə Makronun homoseksual olması barədə gəzən şayiələr kəskin şəkildə azalır. Qəribədir ki, Makronun kampaniyasının keçmiş üzvlərindən biri sonradan etiraf edəcək ki: “Biz Fransa Radiosunun prezidentinin adını bilərəkdən, qəsdən ortalığa atdıq. Təbii ki, bu söhbət tamamilə uydurma idi – biz sadəcə olaraq düşmənlərimizi tələyə salmaq və bu absurd şayiəni məhv eləmək üçün onun adından istifadə etdik...”. Bu Matiö Qalleyə qarşı nəinki hörmətsizlik, hətta alçaqlıqdır. Ancaq bu məsələ təəssüf ki, prezidentliyə seçki kampaniyasının lap ilk günlərindən Emmanuel Makronun tərəfdarları tərəfindən həyata keçirilən ilk siyasi biclik olmadı... Bu “yanğını” söndürmək üçün Brijit Makron televiziya və kino dünyasındakı adlı-sanlı dostlarından da istifadə edir. Onun İqtisadiyyat Nazirliyində təşkil etdiyi şam yeməklərinə tez-tez incəsənət sahəsindən olan tanınmış şəxsiyyətlər dəvət olunur. Belə ki, bu qəbullarda onunla birlikdə stol arxasında müğənni Lin Reno, televiziya aparıcısı Bernard Montiel, teatr direktoru Jan-Mark Dümontet, eləcə də Pier Arditi, Evelin Buiks, Fransua Berleand, Fabris Lüçini kimi məşhur aktyorlar oturur. Tanınmış jurnalist Mark-Oliviye Fojiel və homoseksual olduğunu heç vaxt, heç kimdən gizlətməyən yazıçı Filip Besson, televiziya ulduzu Kler Şazal bu qəbulun sabahısı günü öz həmkarlarına, eləcə də şəxsi dostlarına başa salacaqlar ki, Makron ilə Qalle arasındakı intim münasibət söhbəti reallıqdan tamamilə uzaq olan bir fantaziyadır. Mark-Oliviye Fojiel paparazilər kraliçası Mimi Marşandın yaxın dostlarından biridir. Bu sonuncu, Bestimaj foto agentliyinin rəhbəri və Purepeople saytının ortaq səhmdarı, milyarder Ksaviye Nielin vasitəsilə Makron cütlüyünün xidmətində duracaq.

Bunlardan əlavə, Brijit Makron həm də TF1 telekanalının keçmiş məsləhətçisi, Numero 23 və Pink TV telekanallarının keçmiş patronu Paskal Huzelot, eləcə də Jan Lui Borlonun həyat yoldaşı, jurnalist Beatris Şönberq ilə də oturub durur. Bu sonuncu, televiziya jurnalisti Emmanuel Şenlə birlikdə, rejissor Pier Hürelin çəkdiyi Makron, meteor strategiyası sənədli filminin prodüseridir. Bu film 2016-cı ilin payızında France 3 telekanalında yayımlanır. Əri prezident seçiləndən sonra birinci xanım Brijit Makron televiziya, teatr və kino dünyasından olan bu məşhur adamlarla görüşməkdə davam edir. Kraliça sarayda istədiyi kimi əylənir. Onun prezident ərinin bu məclislərdə iştirak etməyə həmişə vaxtı olmasa da, arvadının bu məşhur dostlarına diqqət göstərməkdən, onlara kompliment deməkdən çəkinmir. Belə ki, 2018-ci ilin may ayından etibarən prezident Makron, arvadının homoseksual dostu, yazıçı Filip Bessonu Fransanın Los Anceles şəhərindəki konsulu təyin etmək qərarına gəlir. Bu qərar Xarici İşlər Nazirliyində diplomatların böyük qəzəbinə səbəb olur və nəticədə, dövlət şurası bu qərarı ləğv edir. Hələ bu harasıdır, son kadr dəyişikliyi zamanı Emmanuel Makron çox ciddi şəkildə arvadının başqa bir dostunu, homoseksual jurnalist Stefan Berni Fransanın Mədəniyyət naziri təyin etməyi planlaşdırır.

Ardı var.../lent.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Emmanuel Makron: Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində var qüvvəsi ilə çalışacaq

    Emmanuel Makron: Fransa Dağlıq Qarabağ ...

    24-04-2018, 15:30

  • 
  • Makron NATO-nun “koma”da, Avropanın isə “uçurumun kənarında” olduğunu bildirib

    Makron NATO-nun “koma”da, Avropanın isə “uçurumun ...

    8-11-2019, 09:46

  • 
  • Makron sillələnməsindən danışdı

    Makron sillələnməsindən danışdı ...

    9-06-2021, 12:05

  • 
  • Trampın güvəndiyi dağlara qar yağdı — Makronun tənqidi

    Trampın güvəndiyi dağlara qar yağdı — Makronun ...

    26-04-2018, 12:34

  • 
  • Makron ABŞ Konqresi qarşısında məruzə edib

    Makron ABŞ Konqresi qarşısında məruzə edib ...

    26-04-2018, 11:00


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu