GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putin üçün olimpiya öncəsi terror kabusu

Putin üçün olimpiya öncəsi terror kabusu

Tarix: 7-01-2014, 18:50 Bölmə :Dünya Baxış: 706
 Putin üçün olimpiya öncəsi terror kabusu
Rusiyanın Soçi beynəlxalq idman tədbirinə verdiyi təhlükəsizlik qarantına Qərbdə ciddi şübhələr yaranıb; dünya mediası bədbindir; rusiyalı ekspertlər də terror hədələrindən narahatdırlar...
Terrorçuların Rusiya rəhbərliyinə Volqoqraddakı “Yeni il” sürprizləri gözlənildiyi kimi, dərhal dünyanın diqqətini gələn ay Qış Olimpiya Oyunlarının keçiriləcəyi Soçiyə yönəltmiş oldu, qlobal miqyaslı bu kütləvi idman tədbiri iştirakçılarının təhlükəsizliyi məsələsini bütün ciddiliyi ilə gündəmə gətirdi. Həm də o səbəbdən ki, şəhər potensial terror qruplarının meydan suladığı Şimali Qafqaz regionu ilə faktiki, həmsərhəddir, onun bir addımlığındadır.

Son terror olaylarından sonra Qərb mətbuatı bu mövzunu gündəmdən bir gün belə çıxarmır. Qeyd edilir ki, “Şimali Qafqaz fədailəri” Federal Təhlükəsizlik Xidmətinin (FTX, rusca - FSB) taktikasına artıq uyğunlaşıblar. Eyni zamanda Rusiya xüsusi xidmətlərinin daha əvvəlki tək problemli respublikalarda öz həmkarlarına etibar edə bilmədiyi bildirilir.

“Əlbəttə ki, partlayışlardan sonra Volqoqradda bütün mümkün tədbirlər görülüb. Ancaq bu tədbirlər çətin ki, “qara dul qadınlar” tipindən olan canlı bombalara qarşı effektli olsun. Doku Umarov ölüb, ya ölməyib, demək çətindir, ancaq onun Soçi oyunlarını pozmaq çağırışları real şəkildə xof yaratmaqdadır” – Qərb mətbuatında məsələyə ən ümumi yanaşma bundan ibarətdir.

RUSİYA TERRORLA MÜBARİZƏDƏ SAYIQLIĞI İTİRİR?



“Rusiya terrorizmlə mübarizədə sayıqlığı itirir” – bunu “The Financial Times” yazıb. Nəşrin fikrincə, Putin dönəmində güc strukturları daha güclü və nüfuzlu olsalar da, Rusiyanın cənubundakı son terror aktları onların təhlükəsizliyi təmin edə bilmədiklərini düşünməyə vadar edib.

“Əlbəttə ki, partlayışların ardınca görülən təhlükəsizlik tədbirləri hakimiyyətdən narazıları sakitləşdirə bilər, amma bunlar çətin ki, canlı bombalarla mübarizəyə kömək eləsin” – deyir Rusiya xüsusi xidmətlərinin işi üzrə bilici Andrey Soldatov. Onun sözlərinə görə, Şimali Qafqaz üsyançıları FTX-nin taktikasını adaptasiya olunublar, FTX isə xırda, qeyri-mərkəzləşmiş qruplarla bacarmaq iqtidarında deyil.



Müşahidəçilər hökumətin terrorizmlə mübarizəsini zəiflədən bir sıra daxili amillərə də diqqət çəkirlər. Məsələn, “Ekstremist” sözü hakimiyyət tərəfindən tez-tez müxalifət fəallarına münasibətdə işlədilir, halbuki onlar heç bir real təhlükə kəsb eləmirlər”. Bunu qəzetə prezidentin adının çəkilməsini istəməyən köməkçisi bildirib. “Terrorizmlə mübarizə aparanların əlverişsiz daxili təlimatları var” – əlavə edib mənbə.

“Rusiya güc strukturlarının ciddi problemlərindən biri də daxili fikir ayrılığıdır”. Bunu isə “The Financial Times”a Qərb ekspertlərindən biri söyləyib: “Moskvada FTX tez-tez İnquşetiya və Dağıstan ərazisində təhlükələrlə bağlı kəşfiyyat məlumatlarını xaricdən almağa çalışır, çünki özünün Şimali Qafqazdakı əməkdaşlarına etimad göstərmir...”

“Üç həftə əvvəl Çeçenistan prezidenti Ramzan Kadırov ən tanınmış Rusiya terrorçusu Doku Umarovun öldürüldüyünü elan elədi. Ancaq Volqoqraddakı iki partlayışdan sonra qorxu artmağa başlayıb ki, Umarov nəinki ölməyib, üstəlik, Qış Olimpiadasını pozmaq istəyir. Kadırovun bəyanatından cəmi bir neçə saat sonra üsyançıların Şimali Qafqazdakı saytında videoyazı yerləşdirildi. Orada radikalların lideri Rusiya güc strukturları tərəfindən öldürülən yaraqlıları tərifləyir. İstisna deyil ki, Umarov Qafqaz dağlarında gizlənir və Soçidə hücumlara hazırlaşmaq üçün qruplaşmalar arasında öz təsirini saxlamağa səy göstərir”.

Bu qeydlər “The Sunday Times” qəzetindəki dünənki məqalədəndir. “National Post” nəşri isə başqa bir təhlükədən yazıb. Sitat: “Hazırda əksəriyyəti əslən Şimali Qafqazdan olan yüzlərlə rusiyalı Suriyada döyüşür. Onlar bir gün qayıda bilərlər. Kəşfiyyatın hazırladığı məruzələrin birində Suriyadakı binalardan birində həkk edilən şüara diqqət yönəldilir: “Bu gün Suriya, sabah Rusiya!” Məqalə müəllifi Stüart Bell ardınca onu da qeyd edib ki, rəsmi Moskvanın Soçiyə diqqəti başqa regionları terrora qarşı daha həssas edə bilər...



Qərb mediasının vurğuladığı məqamlardan biri də “Rusiya Üsaməsi” Doku Umarovun nəzarətindəki qruplaşmalar tərəfindən Rusiyaya qarşı həyata keçirilən terror aktlarında İslamı qəbul eləmiş rus (slavyan) milliyyətindən olan şəxslərdən tez-tez istifadə edilməsidir. Bildirilir ki, mübarizədə yetərincə yeni taktiki detal sayılan bu amil həm də Rusiya cəmiyyətində şaşqınlıq və parçalanma yaratmağa, onun sayıqlığını azaltmağa və özünə inamsızlığını gücləndirməyə hesablanıb.

PUTİNƏ SOÇİ HƏDİYYƏSİ HAZIRLANIR?



Sadalanan amillər fonunda Putin hökumətinin Soçi Qış Olimpiya Oyunlarının təhlükəsizliyini necə təmin edəcəyi gerçəkdən də maraq doğurur. Artıq klassik üsullar, aşkar və aşırı güc tətbiqi işə yaramır, yaramayacaq. Bu üsulları Kreml dəfələrlə sınaqdan keçirib, ordudan necə lazımdır yararlanıb, hətta minlərlə günahsız insanın qanını töküb. Nəticə isə dəyişməyib.

Və çətin ki, dəyişə. Birinci ona görə ki, qeyri-demokratik ölkə kimi Rusiyanın özü sərf edəndə başqa tip terrorçuları müdafiə edir. Yəni ikili standart məsələsi. İkinci yandan, terrorizm virtual problemdir və konkret “cəbhə xətti”nin hardan keçdiyi həmişə naməlum qalır. Üçüncü və ən əsası isə Moskva terror aktlarının doğuran səbəbləri, motivləri, o sırada xalqların təbii milli-azadlıq duyğularını israrla ciddiyə almaq istəmir, bu amilləri kamifulyaj eləməyə çalışır.

Demək, Volqoqrad olayları son olmaya da bilər. Deməli, Soçi oyunlarının təhlükəsizliyinə yüz faizlik qarantdan danışmaq mümkünsüzdür.

Bu xüsusda minval.az saytına tanınmış rusiyalı ekspertlərin verdiyi açıqlamalar da maraq doğurur. Məsələn, Humanitar-siyasi Təhqiqatlar İnstitutunun direktoru Vyaçeslav İqrunovun sözlərinə görə, dünyanın hər yerində terror aktları siyasətin qəddarlaşmasına gətirib: “2001-ci il 11 sentyabr terror aktından sonra minimum iki müharibə qızışdı. Onlardan biri ümumiyyətlə, “evin sahibi”nin kim olduğunun nümayişinə hesablanmışdı. Olimpiada kimi böyük beynəlxalq tədbirdə terror nəinki böyük qəddarlığa meylli olanların qəddarlığına təkan verə, həmçinin öz vətəndaşlarının və dünyanın gözündə terrora bəraət qazandıra bilər”.

PolitRUS.com ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov hesab edir ki, Rusiyadakı teraktların arxasında hansı qüvvələrin durduğunu xüsusi xidmət orqanları müəyyənləşdirə bilərlər. Onun ehtimalına görə, Şimali Qafqazda yalnız qanlı terror aktlarının təşkilatçıları və icraçıları qərarlaşıb: “Onların sifarişçilərini və ilhamvericilərini isə Səudiyyə Ərəbistanında və sadə obıvatelə nə qədər qəribə gəlsə də, ABŞ-da axtarmaq lazımdır”.

Arkov Soçi Olimpiya Oyunlarında terror cəhdlərinin olacağını istisna eləmir: “Təəssüf ki, insanların kütləvi toplaşdıqları yerlərdə qanlı terror aktlarının qarşısını nə çərçivə-dedektorlar, nə də polis qüvvələrinin sayını artırmaqla önləmək mümkün deyil.

“TERRORA QARŞI YÜZ FAİZLİK ZƏMANƏT YOXDUR”



Öz növbəsində “Tətbiqi politologiya” Fondunun baş direktoru Sergey Smirnov terror aktlarının baş verməsində “güclü Rusiyanı istəməyənlərin” əli olduğu qənaətindədir. O da hesab edir ki, təşkilatçılarla sifarişçi-sponsorları ayırd eləmək lazımdır.

Politoloqa görə, Rusiyadakı terror olaylarının arxasında həm daxili, həm də xarici qüvvələr dayanır və xaricdən dəstək olmasa, bu ölkədə hər hansı terror aktı törətmək mümkün olmaz: “Soçi Olimpiadasına gəlincə, əgər orada terror olsa, onun qurbanları təkcə rusiyalı idmançılar olmayacaq... İkinci yandan, istənilən ölkədə istənilən terror aktı o ölkənin daxili və xarici siyasətinə təsir edir. 11 sentyabr 2001-ci il terror aktının ABŞ-ın siyasətində hansı dəyişikliyə gətirdiyini yada salın. Düşünürəm ki, teraktların davam edəcəyi təqdirdə Rusiya daxili və xarici siyasətinin sərtləşməsi dəqiq və dozalaşdırılmış olacaq. Lakin heç bir dövlətin qüdrəti terrora qarşı tam təhlükəsizlik zəmanəti vermək üçün yetərli deyil”.

“Rusiya qəzeti”nin beynəlxalq icmalçısı Vladimir Snegirov isə Soçidə heç bir bədbəxt hadisənin yaşanmayacağına ümid edir: “Terror təhlükəsi təkcə bu oyunlar üçün yox, hamımız üçün, dini etiqadından asılı olmayaraq bütün normal insanlar üçün mövcuddur. Heç kim ondan sığortalanmayıb. Rusiya özünün və qonaqlarının təhlükəsizliyini qorumağa qadirdir. Əlbəttə ki, misli görünməmiş kontur-tədbirlər həyata keçiriləcək, ancaq əfsus ki, ideal heç nə olmur...”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Soçi olimpiadasından sonra Qafqazda müharibə başlaya bilər”

    “Soçi olimpiadasından sonra Qafqazda müharibə ...

    1-01-2014, 18:42

  • 
  • Soçi Olimpiadasına 4 idmançı ilə

    Soçi Olimpiadasına 4 idmançı ilə ...

    1-02-2014, 00:48

  • 
  • Moskvanı partlatmaq istəyənlərdən biri - Azərbaycanlı olub

    Moskvanı partlatmaq istəyənlərdən biri - ...

    5-05-2016, 11:49

  • 
  • Moskva 2014-cü il Qış Olimpiya estafetinə start verdi

    Moskva 2014-cü il Qış Olimpiya estafetinə start ...

    9-10-2013, 00:49

  • 
  • Soçi olimpiadasının açılış mərasimi başladı - (Canlı)

    Soçi olimpiadasının açılış mərasimi başladı - ...

    7-02-2014, 20:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu