İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların beşinci raundu mayın 23-də Romada keçiriləcək.
Gundemxeber.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə dialoqda vasitəçi kimi çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib.
Xarici siyasət idarəsinin rəhbəri X-də yazıb: “İran və ABŞ arasında danışıqların beşinci raundu cümə günü, mayın 23-də Romada baş tutacaq”. Qeyd edək ki, mayın 11-də keçirilən dördüncü görüşdən sonra ABŞ tərəfi İranın uranı zənginləşdirmək proqramından bütünlüklə əl çəkməli olduğunu bəyan edib. İranın ali dini lideri isə bunun mümkün olmadığını açıqlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?