İsrailin hücumlarından sonra ABŞ ilə danışıqların altıncı raundu keçirilməyəcək.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Ələddin Borucerdi məlumat verib.
Xatırladaq ki, ABŞ və İran arasında nüvə danışıqlarının altıncı raundu iyunun 15-nə planlaşdırılmışdı.
İranın nüvə proqramı üzrə ABŞ-İran danışıqlarının altıncı raundu iyunun 15-də Maskatda keçiriləcək.
Gundemxeber.az xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi "X" sosial şəbəkə hesabında yazıb.
"Məmnuniyyətlə təsdiq edirəm ki, İran-ABŞ danışıqlarının altıncı raundu bu bazar günü, iyunun 15-də Maskatda təşkil olunacaq", - deyə o vurğulayıb.
Qeyd edək ki, aprelin 12-dən bəri İran və ABŞ arasında dolayı danışıqların beş raundu keçirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?