GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Bu zaman partlayış baş verdi, işıqlar söndü” - 7 uşağın ölüm işi

“Bu zaman partlayış baş verdi, işıqlar söndü” - 7 uşağın ölüm işi

Tarix: 13-06-2025, 15:47 Bölmə :Dünya Baxış: 133


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə "Respublika Perinatal Mərkəzi" PHŞ-də baş vermiş yanğınla bağlı cinayət  işi üzrə araşdırmalar davam edir. Hakim qarşısına Mərkəzin direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli çıxarılıb.

 Prosesdə şahid qismində tibb bacısı Təranə Əhmədova ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır: "Hadisə baş verən günü mən növbədəydim. Biz növbədə 6 nəfərdən ibarət heyət idik. Onlardan ikisi tibb bacısı, ikisi böyük tibb bacısı, ikisi isə kiçik tibb bacısı idi. Hadisə mərkəzin 4-cü mərtəbəsində yeni doğulan körpələrin yerləşdiyi palatada baş verdi. Hadisədən əvvəl biz mətbəxə keçmişdik, su içmək istəyirdik. Validə həkim növbədə idi. Birdən yanğın olduğunu eşitdik. Yanğını söndürməyə çalışsaq da, bacarmadıq. Şöbədə yanğın söndürmək üçün balonlar var idi. Mühafizəçi balonu açdı ki, yanğını söndürsün, bu zaman partlayış baş verdi, işıqlar söndü".

Dövlət ittihamçısının suallarını cavablandıran şahid bildirib ki, şöbədə yeddi küveyz olub: "Yanğın isə elektirik naqillərinndın baş verib. Gördük ki, küveyx yanır. Biz körpələri çıxarmağa çalışdıq. Körpələrin tələf olmamasına çalışırdıq".

Daha sonra suallara cavab verən şahid qeyd edib ki, əvvəllər yanğınla bağlı təlimlərdə iştirak edib. Onun sözlərinə görə, hadisə zamanı mərkəzin mühafizəçisi Elçin xəsarət alıb: "Elçin dəhlizdə yerə yıxılmışdı, ağzından köpük gəlirdi. Mən həkim çağırdım, ona yardım etdilər".

Şahid qeyd edib ki, hadisə vaxtı mətbəxə dərman içmək üçün gedibmiş. Digər işçilər mətbəxə su içəməyə gəliblər. Şahid onu da əlavə edib ki, iş rejimi ağır olub, işçilərin bəziləri buna görə işdən ayrılıblar: "Nurlanə, Günel, Nuranə işdən çıxmışdılar. Onlar Mehriban Abasquliyeva direktor olmamışdan əvvəl işdən ayrılmışdılar".

Şahidin sözlərinə görə, bu yanğın hadisəsi mərkəzdə ilk deyilmiş: "Əvvəllər iki dəfə mərkəzdə yanğın olub. Əvvəlki yanğınlar mərkəzin 2-ci və 3-cü mərtəbələrində baş verib. Mən həmin yanğının şahidi olmamışam. Bu hadisədən sonra eşitdim ki, mərkəzdə iki dəfə yanğın baş veribmiş, amma tez söndürülüb".

Şahid bildirib ki, mərkəzini şöbələrində elektrik naqillərində nazaslıq varmış, adam əlini vuranda elektrik hiss edirmiş. Şahid onu da qeyd edib ki, Mehriban Abasquliyeva direktor təyin olunandan sonra uşaqların sayında artım olub: "Palatada qanunla 4 küveyzdən artıq ola bilməzdi, amma küveyzlərin sayı çoxalımdı. 4 küveyz 12 cihazdan istifadə edə bilərdi, amma küveyzlərin sayı artıq idi".

Prosesdə Təranə Əhmədovanın ibtidai istintaq zamanı verdiyi ifadəsilə indiki arasında ziddiyyətli məqamlar aşkarlanıb. Bu səbəbdən hakim onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edib.

Məlum olub ki, şahid ibtidai istintaqa yanğının küveyzdən alışdığını bildirib. Məhkəmədə isə yanğının elektrik naqillərindən baş verdiyini göstərib. Şahid məhkəmədə verdiyi ifadəsini təkzib edib, ibtidai istintaqdakı ifadəsinin düzgün olduğunu təsdiqləyib.

Növbəti proses iyunun 30-da davam edəcək.

Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.  Cinayət işi üzrə "Respublika Perinatal Mərkəzi", bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub. Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib./musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tibb bacısı iş yoldaşını bıçaqladı- Mərkəzi Klinik Xəstəxanada

    Tibb bacısı iş yoldaşını bıçaqladı- Mərkəzi ...

    25-12-2013, 12:28

  • 
  • Bakıda tibb bacısı dəm qazından boğulub öldü

    Bakıda tibb bacısı dəm qazından boğulub öldü ...

    22-04-2020, 12:20

  • 
  • Sumqayıtda dəhşət; Tibb bacısı yeni doğulmuş körpəni öldürdü

    Sumqayıtda dəhşət; Tibb bacısı yeni doğulmuş ...

    11-11-2014, 23:49

  • 
  • Narkoloji Mərkəzdə yanğın işi: Xəstələri pulsuz qəbul etmirdilər

    Narkoloji Mərkəzdə yanğın işi: Xəstələri pulsuz ...

    11-09-2018, 16:35

  • 
  • Həkim tibb bacısını zorladı

    Həkim tibb bacısını zorladı ...

    8-01-2014, 11:57


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (22)
Sentyabr 2025 (559)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu