İranın sabiq Prezidenti Mahmud Əhmədinejatın ofisi ona qarşı sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Gundemxeber.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Bildirilib ki, siyasətçinin ofisi onun sui-qəsd nəticəsində öldürülməsinə dair yayılan məlumatları təkzib edib.
21:38
İranın sabiq Prezidenti Mahmud Əhmədinejatın öldürülməsi ilə bağlı xəbərlər təsdiqini tapmayıb.
Gundemxeber.az xəbər verir ki, rəsmi mənbələr yayılan məlumatı təkzib ediblər.
Bildirilib ki, sabiq İran prezidentinə qarşı sui-qəsd cəhdi mümkün olsa da, hazırda o sağdır.
21:08
İranın sabiq Prezidenti Mahmud Əhmədinejat öldürülüb.
Gundemxeber.az xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.
Bildirilir ki, Əhmədinejat həyat yoldaşı və 2 oğlu ilə birlikdə Tehranın mərkəzi küçələrindən birində gəzərkən maskalı silahlı şəxs tərəfindən qətlə yetirilib
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?