İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) Livanın cənubundakı Litani sektorundakı "Hizbullah"ın artilleriya komandiri Yasin Əbd əl-Mənam İzzəddinin məhv edildiyini açıqlayıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat verib
Bəyanatda qeyd olunur ki, yaraqlıların komandiri İsrail ərazilərini yenidən atəşə tutmaq üçün "Hizbullah"ın mövqelərini bərpa etməyə çalışıb. Keçmişdə o, İsrailə qarşı çoxsaylı mərmi hücumlarında iştirak edib.
Bundan əvvəl Livan mənbələri xəbər vermişdilər ki, iyunun 19-na keçən gecə İsrail ordusuna məxsus PUA İsrail sərhədindən təxminən 10 km aralıda, Tir şəhərinin şimal-şərqində, Kfar Cuz bölgəsində avtomobili vurub. İki nəfərin öldüyü bildirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?