"ABŞ-nin bombardmançı təyyarələrinin İrandakı nüvə obyektlərinə zərbələr endirmək üçün Türkiyənin hava məkanından istifadə edildiyinə dair yayılan xəbərlər dezinformasiya xarakteri daşıyır".
Gundemxeber.Az xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, həm İsrailin İrana qarşı başlatdığı hücumlarda, həm də ABŞ tərəfindən İrana zərbələr endirilən zaman Türkiyənin hava məkanından istifadə edilməyib:
"Amerikadan havaya qalxan bombardmançı təyyarələr Cəbəllütariq boğazından keçərək Aralıq dənizinin cənubundan İsrailə çatıblar və İraq üzərindən daxil olaraq İrana zərbələr endiriblər.
Sonra eyni marşrutla geri qayıdıblar, bu zaman Aralıq dənizi üzərində (Kritin cənubunda) yanacaq doldurublar".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?