Gundemxeber.az » Dünya » Avropa İttifaqından Rusiyaya ŞOK ZƏRBƏ
Avropa İttifaqı Şurası Ukraynaya qarşı təcavüzlə əlaqədar Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini daha 6 ay - 2026-cı il yanvarın 31-dək uzadıb.
Gundemxeber.az xəbər verir ki, müvafiq məlumat Aİ Şurasının saytında yerləşdirilib.
Xatırladaq ki, Rusiya Federasiyasına qarşı sanksiyalar ilk dəfə 2014-cü ildə tətbiq edilib və 2022-ci ilin fevralında əhəmiyyətli dərəcədə genişləndirilib.
"İndi sanksiyalara ticarət, maliyyə, enerji, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və dəbdəbəli mallar üzrə məhdudiyyətlər daxildir", - məlumatda deyilir.
Qeyd olunur ki, sanksiyalara həmçinin aşağıdakılar daxildir: xam neftin və bəzi neft məhsullarının Rusiyadan Avropa İttifaqına idxalına və ya dəniz yolu ilə daşınmasına qadağa, bir sıra Rusiya banklarının SWIFT sistemindən çıxarılması.
"Bundan əlavə, konkret tədbirlər Aİ-yə sanksiyalardan yayınmağa qarşı mübarizə aparmağa imkan verir", - məlumatda vurğulanır.
Aİ rəsmiləri əmindirlər ki, Rusiyanın qeyri-qanuni hərəkətləri beynəlxalq hüququ pozmaqda davam etdikcə, Moskvaya qarşı sanksiyalar saxlanılmalıdır.
Gundemxeber.az
16-12-2015, 17:48
29-04-2014, 10:25
20-08-2020, 10:30
12-05-2022, 11:47
22-09-2016, 13:19
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?