Səudiyyə Ərəbistanın Ciddə şəhərində bir təyyarədən düşən insan parçaları hər kəsi qorxudub. AFB xəbər agentliyinin məlumatına görə, həmin gün bir təyyarə havada olarkən texniki problemlər əmələ gəlib. Təyyarədə olan sərnişinlərin bir neçəsi yaralanıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, təyyarənin təkərlərinin yığıldığı yerdə qaçaq yolçu var imiş. Təyyarədə texniki problem yarandığı zaman qaçaq yolçu parçalanaraq aşağı düşüb. Məhz bu səbəbdən də onun bədəninin parçaları şəhərin küçələrinə tökülüb.
Məlumat üçün bildirək ki, son zamanlarda dünyanın bir çox hava yolu şirkəti qaçaq sərnişin problemli ilə üzləşir. Ötən il İstanbuldan Londona gedən təyyarəyə minən bir şəxs təyyarənin enməzi zamanı parçalanmışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?